Gənc ifaçılar beynəlxalq müsabiqədə uğur qazanıblar

  

 

Litvanın paytaxtı Vilnüsdə V Beynəlxalq “World Harmony” gənc ifaçıların müsabiqəsi keçirilib. Müsabiqədə ölkəmiz də təmsil olunub.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 4-cü kurs tələbəsi Nəriman Məsimov (fortepiano) və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Əli Vəliyev müsabiqənin ən yüksək mükafatına – Qran-priyə layiq görülüblər.

Fortepiano ifaçılığı üzrə BMA-nın 4-cü kurs tələbəsi İlqarə Talıbova l yeri, 2-ci kurs tələbələri Fidan Muxtarova və Nurel Kərimova II yeri, 4-cü kurs tələbəsi Fatimə Hacızadə isə III yeri qazanıblar.

Qeyd edək ki, BMA-nın prorektoru Əməkdar müəllim, professor Nərminə Quliyeva müsabiqənin münsiflər heyətində təmsil olunub. Müsabiqənin qala-konsertində N.Quliyevanın tələbəsi Nəriman Məsimov Tofiq Quliyevin “Qaytağı” əsərini yüksək peşəkarlıqla ifa edib.

 

 

Mədəniyyət.- 2023.- 20 oktyabr, ¹78.- S.2.