İstiqlal Muzeyində qazilərlə
görüş
Azərbaycan
İstiqlal Muzeyinin “Qəhrəmanlar can verir, yurdu yaşatmaq
üçün” layihəsi çərçivəsində
qazilərlə görüş keçirilib.
18
Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr
olunmuş tədbirdə bu günün tarixi əhəmiyyətindən
danışılıb. Bildirilib ki, 1991-ci ildə Azərbaycan
xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin
varlığını dünyaya bəyan edib.Tədbir
iştirakçıları İstiqlal Muzeyinin ekspozisiyası
ilə tanış olublar.
Qazilər
xalq-dövlət-ordu birliyinin təcəssümü olan, Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi və
Silahlı Qüvvələrimizin şücaəti ilə əldə
edilən tarixi Zəfərdən söz açıblar.
Bülbül
adına Orta İxtisas Musiqi Məktəbi şagirdlərinin və
Xalq artisti Munis Şərifovun rəhbərlik etdiyi Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi
alətləri ansamblı üzvlərinin iştirakı ilə
konsert proqramı keçirilib.
Tədbirdə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və
Reabilitasiya Agentliyinin Bakı Reabilitasiya Mərkəzində
müalicə alan qazilər, Xətai rayonu 7 nömrəli tam
orta məktəbin şagirdləri və “İRƏLİ”
İctimai Birliyinin könüllüləri iştirak ediblər.
Mədəniyyət.-
2023.- 20 oktyabr, ¹78.- S.2.