“Böyük qarın
alqışı”
Yakutiyadakı poeziya festivalında ölkəmiz də
təmsil olunub
Rusiya
Federasiyasının Saxa (Yakutiya) Respublikasında “Böyük
qarın alqışı” VII Beynəlxalq Poeziya Festivalı
keçirilib. 11-14 oktyabr tarixlərində keçirilən
festivalda ölkəmizi şairi və publisist, Azərbaycan
Yazıçılar Birliyinin Quba bölməsinin sədri
Ramiz Qusarçaylı təmsil edib.
M.K.Ammosov
adına Şimal-Şərqi Federal Universitetində təşkil
olunan festivalının açılış mərasimində
çıxış edən Ramiz Qusarçaylı ölkəmizlə
bağlı danışıb. Universitetin tələbələri
R.Qusarçaylının rus və yakut dillərinə tərcümə
olunmuş şeirlərini söyləyiblər.
Qazaxıstan,
Qırğızıstan, eləcə də Rusiyanın
tanınmış yazıçı və şairlərinin də
iştirak etdikləri festival günlərində Yakutiyanın
tanınmış ədibləri – şair Semyon və yazıçı
Safron Danilov qardaşlarının abidəsi, onların
doğulduğu kənddə ev-muzeyləri ziyarət olunub, bir
sıra görüşlər keçirilib.
Keçirilən
tədbirlərdə, poeziya və musiqi axşamlarında
iştirakçılara xalqımızın adət-ənənələri,
ədəbiyyatımız barədə də məlumat verilib.
Festivalın
bağlanış tədbirində Saxa (Yakutiya)
Respublikasının mədəniyyət və mənəvi
inkişaf naziri Afanasi Noyev Ramiz Qusarçaylını Azərbaycan
və Saxa (Yakutiya) respublikaları arasındakı
yaradıcı xidmətlərinə görə fəxri fərmanla
təltif edib. Azərbaycanlı şairə Saxa (Yakutiya)
Yazıçılar Birliyinin fəxri diplomu təqdim olunub.
“Böyük
qarın alqışı” adlı Beynəlxalq Poeziya
Festivalı 2012-ci ildən etibarən Yakutiyanın Xalq
şairi Semyon Danilovun şərəfinə hər iki ildən
bir keçirilir.
Mədəniyyət.-
2023.- 20 oktyabr, ¹78.- S.8.