Meksikada yaşayan həmvətənlərimiz
yerli orkestrlə birgə çıxış ediblər
Meksikada
yaşayan musiqiçi həmvətənlərimiz – Mexiko
Ştatı Simfonik Orkestrinin solisti Nana Babayeva və orkestrin
üzvü Çingiz Məmmədov (hər ikisi skripka
ifaçısı) konsert proqramı ilə çıxış
ediblər.
Bu
barədə Azərbaycanın Meksikadakı Səfirliyindən
məlumat verilib.
Mexiko
şəhərindəki Milli Mədəniyyət Mərkəzində
Rodriqo Masiasın dirijorluğu ilə keçirilən konsertdə
rus bəstəkarı İqor Stravinski və avstriyalı bəstəkar
Anton Bruknerin əsərləri səsləndirilib.
Konsertin
açılışında bəstəkar İ.Stravinskinin
ritmik mürəkkəbliyi ilə seçilən “Skripka
konserti”ni böyük ustalıqla ifa edən Nana Babayeva
alqışlarla qarşılanıb.
Mədəniyyət.-
2023.- 20 oktyabr, ¹78.- S.8.