Akademik Musiqili Teatrda “Leyli və Məcnun”a ictimai baxış

 

Akademik Musiqili Teatrda səhnələşdirilən “Leyli və Məcnun” tamaşasına oktyabrın  18-də ictimai baxış keçirilib. Səhnə əsəri Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının və Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında rejissor Samir Qulamovun librettosu və quruluşunda hazırlanıb.

Tamaşanın bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Əməkdar artist Vaqif Məstanov, muğam ifası üzrə məsləhətçisi Xalq artisti Səkinə İsmayılova, solo tar ifaçıları Əməkdar artist Elxan Mansurov, gənc tarzənlər Səxavət Məmmədov, Cahid Əlizadə, konsertmeysteri Fidan Əliyeva, rejissor assistentləri Prezident mükafatçısı Əmrah Dadaşov və Sevinc Məmmədovadır.

Leyli rolunda VII Muğam Televiziya Müsabiqəsinin qalibi İlahə Rüstəmova, Məcnun rolunda respublika və beynəlxalq muğam müsabiqələrinin qalibi Orxan Hüseynli çıxış edir. Quruluşçu baletmeyster Əməkdar artist Emin Əliyev həm də Məcnunun ruhu obrazını canlandırır. Leylinin ruhu obrazının ifaçısı teatrın balet artisti İranə Kərimovadır.

Tamaşada Əməkdar artist Nadir Xasiyev, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Əmrah Dadaşov, artistlər Gülnarə Abdullayeva, Təranə Əliyeva, Bacıxanım Sadıqova, İbrahim Əlizadə, Emin Zeynallı, Əli Kərimov, Murad Əliyev, Böyükxanım Məmmədova, Mirzəhra Muradova, Aydan Əliyeva, teatrın xor və balet heyətinin üzvləri iştirak edirlər.

 

Mədəniyyət.- 2023.- 20 oktyabr, ¹78.- S.3.