Vətən,
torpaq, bayraq uğrunda əbədiləşən “Oğul”
Sənədli filmin nümayişi keçirilib
Oktyabrın
18-də Nizami Kino Mərkəzində Heydər Əliyev
Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi,
“LİBRAFF” Kitab Mağazalar Şəbəkəsi və “TEAS
Press” nəşriyyatının təşkilati dəstəyi
ilə Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin
istehsalı olan “Oğul” sənədli filminin nümayişi
keçirilib.
Sənədli
film Birinci Qarabağ müharibəsi zamanı ermənilər
tərəfindən əsir götürülən azərbaycanlı
hərbçi Natiq Qasımovdan bəhs edir.
Tədbirdə
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı
Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Azərbaycan
Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun
icraçı direktoru Anar Ələkbərov, mədəniyyət
naziri Adil Kərimli, digər rəsmilər, mədəniyyət
xadimləri və ictimaiyyət nümayəndələri,
Birinci Qarabağ müharibəsi şəhidi Natiq Qasımovun
ailə üzvləri, digər qonaqlar iştirak ediblər.
Mərasimdə
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad olunub.
Nümayişdən
əvvəl çıxış edən mədəniyyət
nazirinin müşaviri Əməkdar incəsənət xadimi
Orxan Fikrətoğlu film haqqında fikirlərini bölüşüb.
Bildirib ki, Azərbaycan və Böyük Britaniya
kinematoqrafçılarının birgə istehsalı olan
“Oğul” filmi publisistik kino salnaməsidir.
Filmin
prodüseri Ekard Seycer (Eckart Sager) ekran əsərinin ərsəyə
gəlməsi prosesindən danışıb. O, film çəkildiyi
dövrdə, hadisələrdən 25 il keçməsinə
baxmayaraq, Natiq Qasımovun aqibəti haqqında məlumatların
olmadığını diqqətə çatdırıb, məhz
bu səbəbdən onun başına nələrin gəldiyini
araşdırmaq üçün yola
çıxdığını deyib. Natiq Qasımovun ermənilər
tərəfindən ələ keçirilməsi və
sorğu-sual olunması səhnələrindən təsirləndiyini
qeyd edib: “Azərbaycan və Ermənistan arasındakı
münasibətləri nəzərə alaraq, bu məsələyə
obyektiv və təmkinlə yanaşmaq bizim üçün
çox vacib idi. Bu faciəvi hadisə Qarabağ müharibəsinin
təcəssümüdür”.
Natiq
Qasımovun qardaşı Nofəl Qasımov isə jurnalistlərə
müsahibəsində qeyd edib ki, “Oğul” sənədli
filminin çəkilişinə başlanılanadək onun
taleyi barədə heç bir məlumat yox idi: “Sadəcə,
onun əsir götürülməsi haqqında məlumatımız
var idi. Sonradan bildik ki, Natiq ermənilərlə təkbaşına
döyüşüb. Daha sonra isə Xocalıda girov
götürülən sakinlərin öldürülməməsi
üçün təslim olmağa razılaşıb”.
Natiq
Səlim oğlu Qasımov 1971-ci ildə Gədəbəy
rayonunun Kiçik Qaramuradlı kəndində anadan olub. Birinci
Qarabağ müharibəsi zamanı “Qarabağ şahinləri”
batalyonunun tərkibində Ağdam-Xankəndi istiqamətində
döyüşlərdə igidlik göstərib.
Hərbi
əməliyyatlar zamanı altı döyüş
yoldaşını itirdikdən sonra beş gün ərzində
alban kilsəsində mühasirədə qalır, ermənilərə
müqavimət göstərərək təslim olmur. Ermənilər
Xocalıda girov götürülən 22 sakini öldürəcəkləri
ilə təhdid etdikdən sonra cəsur
döyüşçümüz təslim olmağına
razılaşır.
Ermənilər
Natiqin bir neçə gün təkbaşına
vuruşmasına heç cür inana bilmirdilər. Konstantin
Smirnov adlı müxbirin “Oqonyok” jurnalının 1992-ci ilin
aprel sayında (¹ 14-15) dərc olunmuş “Qorxu” (“Strax”) sərlövhəli
məqaləsində hətta təslim olduqda belə Azərbaycan
bayrağını düşmənə verməyən Natiq
Qasımovun şücaətindən bəhs edilirdi. Həmin məqalədə
əlində Azərbaycan bayrağını fəxrlə
saxlayan Natiq Qasımovun Ermənistan hərbçilərinin əhatəsindəki
fotosu da yer almışdı.
Azərbaycan
tarixinin daha bir qəhrəmanlıq səhifəsindən bəhs
edən bu sənədli film rejissor və ssenari müəllifi
Karan Sinqh tərəfindən italiyalı hərbi fotoreportyor
Enriko Sarsininin dərc olunmamış fotoları əsasında
ekranlaşdırılıb. Enriko Sarsininin Qarabağda baş
verənlərlə bağlı danışdığı
olduqca kədərli, lakin qürur dolu hekayəni dünyaya
tanıtmaq qərarına gələn rejissor həmin hadisəni
və qəhrəmanın aqibətini aydınlaşdırmaq
üçün üç il Azərbaycan, Ermənistan,
İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə
görüşüb, onların müsahibələrini lentə
alıb.
Filmdə
Natiq Qasımovun erməni əsirliyində dindirilməsi ilə
bağlı məqamlar və bu dindirilmələrdə ermənilərin
səhra komandiri Vitali Balasanyanın da iştirak etməsinə
dair faktlar yer alır. Şahidlərin məlumatına görə,
erməni hərbçi Vitali Balasanyan Natiq Qasımovu əsirlikdə
olduğu müddətdə işgəncə ilə qətlə
yetirib.
Film
riyakar erməni xislətini bir daha aşkara çıxarmış
olur. Bununla yanaşı, filmin rejissoru ekran əsərində
müharibələrin insanların taleyində
oynadığı dəhşətli roldan bəhs edir, ailələrin
öz əzizlərinin itkisindən və naməlum taleyindən
çəkdikləri iztirabları ön plana gətirir.
Xatırladaq
ki, 2022-ci il fevralın 28-də Nizami Kino Mərkəzində
premyerası olan film Azərbaycan və ingilis dillərində
hazırlanıb. Film iki dəfə
ABŞ-də nümayiş etdirilib
Natiq
Qasımovun şücaətini əks etdirilən “Oğul” sənədli
filmi Azərbaycan Ordusunun 2023-cü ilin sentyabr ayında
apardığı uğurlu antiterror tədbirlərindən
sonra yenidən ictimaiyyətin gündəminə gəlib.
Tədbir
zamanı “TEAS Press”in kitablarının satışı da
reallaşdırılıb və əldə olunan gəlir
“YAŞAT” Fondu və Qarabağ Dirçəliş Fondunun
hesablarına köçürüləcək.
Mədəniyyət.-
2023.- 20 oktyabr, ¹78.- S.1;3.