“Prodüserlərin yüksəlişi”
proqramının birinci mərhələsi tamamlanıb
Xəbər
verdiyimiz kimi, 9-13 oktyabr tarixlərində Mədəniyyət
Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universiteti, Azərbaycan
Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Prodüserlər
Gildiyasının təşkilatçılığı ilə
“Prodüserlərin yüksəlişi” adlı təlim
proqramının birinci mərhələsi keçirilib.
Təlimi
Avropanın məşhur prodüserləri Martin Hagemann və
Titus Kraymberq keçiblər. İştirakçılar Avropa
standartlarına uyğun kino layihə sənədlərinin
hazırlanması sahəsində baza bilikləri əldə
edib, ilin sonunadək isə praktik mentorluq vasitəsilə
xarici mentorların nəzarəti və məsləhətləri
ilə yeni kino layihələrini hazırlayacaqlar.
Təlimin
birinci mərhələsini 30 nəfər müvəffəqiyyətlə
bitirib. İştirakçılar xarici mentorlarla təmas
qurmaqla yeni layihələr üzərində işlərini 7
həftə davam etdirəcəklər.
Layihənin
rəhbəri Martin Hagemann təlimin
iştirakçıları arasında təcrübəli və
kino sahəsində ilk addımlarını atan şəxslər
olduğunu vurğulayıb, belə təlimlərin gələcəkdə
daha səmərəli layihələrin ərsəyə gəlməsinə
xidmət edəcəyinə inandığını bildirib.
Qeyd
edək ki, təlim proqramının yekununda yerli və xarici
mütəxəssislər tərəfindən seçiləcək
layihələrə Mədəniyyət Nazirliyi və Azərbaycan
Respublikası Kino Agentliyi tərəfindən xüsusi
mükafatların verilməsi nəzərdə tutulur.
Mədəniyyət.-
2023.- 20 oktyabr, ¹78.- S.1;3.