“Gəl, səhərim” deyirdi...
Oktyabrın
20-si bənzərsiz səs sahibi, məlahətli ifası ilə
milyonların qəlbində iz qoymuş unudulmaz müğənni,
pedaqoq, Xalq artisti Şövkət Ələkbərovanın
(1922-1993) anadan olmasının 101-ci ildönümüdür.
Bu il həm də sənətkarın əbədiyyətə
qovuşmasından 30 il ötür.
Bakıda
dünyaya göz açan Şövkət Ələkbərova
Asəf Zeynallı adına Musiqi
Texnikumunda (Hüseynqulu Sarabskinin sinfi) təhsil
aldıqdan sonra Dövlət Mahnı və Rəqs
Ansamblında solist kimi fəaliyyətə başlayıb. Azərbaycan
Dövlət Filarmoniyasında fəaliyyətini davam etdirib,
eyni zamanda Bülbül adına Orta İxtisas Musiqi Məktəbində
musiqiçi nəsillərin yetişməsinə öz
töhfəsini verib.
Onun
ifa etdiyi “Segah”, “Qatar”, “Şahnaz” muğamları, “Gəl, səhərim”,
“Sən mənimsən, mən sənin”, “Sənsən, ürəyim”,
“Tez gəl”, “Bir könül sındırmışam”,
“Durnalar”, “Ayrılıq”, “Axşam”, “Ay qadası”, “Yar gəldi”,
“Dərələr” və s. mahnılar musiqisevərlərin
könlünü oxşayıb. Cahangir Cahangirovun “Füzuli”
kantatası isə müğənninin ecazkar səsində bu
gün də dinləyənləri riqqətə gətirir.
Şövkət
Ələkbərova keçmiş ittifaq respublikaları ilə
yanaşı, Fransa, İsveçrə, İtaliya, Polşa,
Türkiyə, Misir, Hindistan, İran, Əfqanıstan,
Şri-Lanka, Əlcəzair və s. ölkələrdə
qastrollarda olub, musiqi mədəniyyətimizi layiqincə təbliğ
edib.
Mədəniyyət.-
2023.- 20 oktyabr, ¹78.- S.1.