Tofiq Bakıxanovun
yaradıcılığının 70 illiyinə həsr
olunmuş müəllif konserti
Oktyabrın
19-da Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ)
görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovun
yaradıcılığının və pedaqoji fəaliyyətinin
70 illiyinə həsr olunmuş müəllif konserti
keçirilib.
İttifaqın
katibi Əməkdar incəsənət xadimi, professor Zemfira
Qafarova çıxış edərək Qara Qarayev məktəbinin
layiqli davamçılarından olan Tofiq Bakıxanovun
yaradıcılıq və pedaqoji fəaliyyətindən
danışıb. Qeyd edib ki, bəstəkarın
çoxşaxəli yaradıcılığı musiqinin
müxtəlif janrlarını ehtiva edir.
Konsert
proqramında bəstəkarın kamera-instrumental və
kamera-vokal əsərləri ifa olunub. Kamera ansamblı
üçün (viola, violonçel və fortepiano) silsilə
şəklində kompozisiyadan ibarət “3 trio”, “Bir
könülün 18 təranəsi” vokal məcmuəsindən
“Bağışla məni”, “Günah özümdədir”,
“Günah etdim”, violin və fortepiano üçün “Elegiya”,
“Skertso” təqdim olunub.
Əsərlər
Azərbaycan Dövlət Fortepiano Triosu (Töhfə Babayeva –
violin, Səbinə İbrahimova – violonçel, Elnarə Kəbirlinskaya
– fortepiano), həmçinin Azərbaycan Dövlət Xor
Kapellasının solisti Leyla Dadaşovanın (soprano), Nuranə
Qurbanovanın (fortepiano), Lalə Muxtarovanın (violin)
ifasında səsləndirilib.
Mədəniyyət.-
2023.- 20 oktyabr, ¹78.- S.1.