İsveçdə “İz” sənədli filminin təqdimatı
Stokholm
şəhərində fəaliyyət göstərən Beynəlxalq
Media Mərkəzi (İnternational Media Group Sweden) və SAF Azərbaycan
Cəmiyyətlərinin təşkilatçılığı
ilə “İz – Qərbi azərbaycanlılara qarşı
soyqırımı və deportasiya cinayətləri” adlı sənədli
filmin təqdimatı keçirilib. Tədbirdə Azərbaycanın
İsveçdəki səfiri Zaur Əhmədov da iştirak
edib.
Filmin
nümayişindən öncə çıxış edən
səfir azərbaycanlıların zaman-zaman indiki Ermənistan ərazisində
qalan ata-baba yurdlarından deportasiya edilməsindən
danışıb: “Təəssüflər olsun ki,
dünyanın bir çox ölkələri bu həqiqətləri
görməzdən gəlirlər. Belə sənət əsərlərinin
dili ilə geniş tamaşaçı kütləsinə həqiqətləri
çatdırmalıyıq”.
Ekran
əsəri maraqla qarşılanıb.
Qeyd
edək ki, QHT-lərə Dövlət Dəstəyi
Agentliyinin yardımı ilə “Əlil Qadınlar Cəmiyyəti”nin
layihəsi əsasında ərsəyə gələn filmdə
qədim Qərbi Azərbaycanda mövcud olan tarixi abidələrin
ermənilər tərəfindən mərhələli şəkildə
məhv edilməsi, ötən əsrdə 4 dəfə
(1905-1907, 1918-1920, 1948-1953, 1988-1991) erməni millətçilərinin
təzyiqi altında doğma torpaqlarını tərk etməyə
məcbur qalmış soydaşlarımızın məşəqqətli
həyat tarixçəsi əksini tapıb.
Mədəniyyət.-
2023.- 25 oktyabr, ¹79.- S.8.