Ölkəmiz Çində musiqi təhsili
ilə bağlı konfransda təmsil olunub
Çinin
paytaxtı Pekində Mərkəzi Musiqi Konservatoriyası tərəfindən
15-19 oktyabr tarixlərində təşkil edilən “Kəmər
və Yol” Musiqi Təhsili Alyansının III Konfransında
ölkəmiz də təmsil olunub.
Beynəlxalq
konfransda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
İxtisas fortepiano fakültəsinin dekanı professor, Əməkdar
müəllim Nəzakət Rimazi və akademiyanın Solo oxuma
və opera hazırlığı kafedrasının professoru,
Xalq artisti Gülnaz İsmayılova iştirak ediblər.
Vyetnam,
Tailand, Kamboca, Hindistan, Qırğızıstan, Özbəkistan,
Qazaxıstan, Monqolustan, Qana və Almaniyadan da mütəxəssislərin
qatıldığı beynəlxalq konfrans çərçivəsində
ustad dərsləri, mühazirələr təşkil edilib.
İştirakçılar Çin xalq ənənəvi
musiqi nümunələri ilə yaxından tanış
olublar.
BMA-nın
müəllimləri konfrans çərçivəsində
keçirilən musiqili gecədə də
çıxış ediblər. Nəzakət Rimazinin
fortepianoda müşayiəti ilə Gülnaz
İsmayılovanın vokal ifası maraqla
qarşılanıb.
Mədəniyyət.-
2023.- 25 oktyabr, ¹79.- S.3.