Həştərxanda Maqomayevin xatirəsinə
həsr olunmuş konsert
Oktyabrın
25-i dünya şöhrətli müğənni, Azərbaycanın
və keçmiş SSRİ-nin Xalq artisti Müslüm
Maqomayevin vəfatının 15-ci ildönümüdür.
Əfsanəvi musiqiçinin bu gün də müxtəlif
ölkələrdə, o cümlədən Rusiyada milyonlarla pərəstişkarı
var və xatirəsi hər il konsert proqramları ilə yad
edilir.
Oktyabrın
21-də Həştərxan Dövlət Opera və Balet
Teatrının kiçik zalında “Günəşdən sərxoş.
M.Maqomayevin xatirəsinə” adlı konsert keçirilib.
Tamaşaçılar
Müslüm Maqomayevin repertuarından unudulmaz hitləri dinləyiblər.
Onların arasında 1979-cu ildə “Azərbaycanfilm”də lentə
alınan və Maqomayev üçün təkcə aktyorluq
deyil, həm də bəstəkarlıq debütünə
çevrilmiş “Yarımçıq qalmış serenada”
filmindən (ssenari müəllifi və rejissor Maqsud
İbrahimbəyov) Robert Rojdestvenskinin şeirinə
yazılmış “Əgər dünyada məhəbbət
varsa” mahnısı da yer alıb.
Bundan
başqa, məşhur ifaçının səsi sayəsində
ölməzlik qazanan bir sıra kompozisiyalar, o cümlədən
Müslüm Maqomayevin dostu Gennadi Kozlovskinin şözlərinə
yazdığı məşhur “Mavi əbədiyyət”
mahnısı ifa olunub.
Proqramın
müəllifi və aparıcısı Həştərxan
Opera və Balet Teatrının rejissoru Yuliya Skriçenkova son
bir neçə ildə Maqomayevin həyat və
yaradıcılığına həsr olunmuş beş konsert
keçirdiklərini diqqətə çatdırıb.
Teatrın solistləri və Yuri Elperinin rəhbərliyi
altında instrumental ansamblın iştirak etdiyi bütün
konsertlər anşlaqla keçib: “Çünki insanlar
Müslüm Maqomayevin yaradıcılığını
bilir, onu xatırlayır və sevirlər. Müslüm Maqomayev
ifaçılıqla yanaşı, dünya opera və estrada
ulduzlarının həyat və yaradıcılığı
haqqında bir çox televiziya verilişlərinin müəllifi
və aparıcısı olub. Gözəl rəsm əsərləri
yaradıb. Tamaşalara və filmlərə musiqi bəstələyib.
Ömrü boyu heç bir piara müraciət etmədən
milyonların sevgisini cəlb edib. O, sadəcə, insanlarla
istedadını, səsini, sənətkarlığını
bölüşürdü. Tamaşaçılar ona aşiq
olurdular və bu əbədi idi... Əlbəttə ki, onun
mahnılar dünyası həmişə bizimlə
yaşayacaq”.
Mədəniyyət.-
2023.- 25 oktyabr, ¹79.- S.8.