Mədəniyyətimizin
böyük hamisi
İllərin xronikasından (72)
Ümummilli lider
Heydər Əliyev böyük siyasətdə
olduğu bir qərinədən
artıq dövrdə, doğma
xalqının taleyində tarixi rol oynamaqla bərabər,
mədəni irsimizin qorunması və zənginləşdirilməsi,
milli incəsənətin, ədəbiyyatın
inkişafı, respublikada mədəni-maarif
işinin qabaqcıl səviyyədə
təşkili sahəsində də müstəsna xidmətlər
göstərib.
Heydər Əliyevin mədəniyyətə
diqqət və qayğısı onun
dövlət xadimi kimi
fəaliyyətinin bütün mərhələlərində
– sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada,
SSRİ rəhbərliyində
çalışdığı vaxtda və
müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin
yaddaşına çoxsaylı səhifələrlə
yazılıb. O, hər zaman və hər
yerdə Azərbaycan mədəniyyətinin böyük
hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər
Əliyev İli”nə töhfə olaraq
diqqətinizə təqdim edirik...
(əvvəli ötən
sayımızda)
1997-ci il 17 avqust
Prezident Heydər Əliyev
Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti, dünya
şöhrətli müğənni, bəstəkar Müslüm Maqomayevi 55 illik yubileyi münasibətilə
təbrik edib. Təbrik məktubundan: “Sizin ifanızda hər bir
mahnı həyatın, məhəbbətin və xeyirin tərənnümünə çevrilir, zaman və məkan
hüdudlarından kənara çıxır... Azərbaycanın musiqi mədəniyyətinin
inkişafına çox böyük
töhfə vermiş
yaradıcılığınız, şübhəsiz, millətin
qızıl fonduna daxil
olmuşdur və hələ uzun illər ülvi sənətə
xidmət etməyin parlaq timsalı
olacaqdır...”.
1997-ci il 18 avqust
Xalq şairi
Mirvarid Dilbazini anadan olmasının 85 illiyi
münasibətilə təbrik edib. “Siz Azərbaycanın qadın şairlərinin
poeziya ənənələrini davam etdirərək şeirimizin
uca zirvələrini fəth etmisiniz... Poetik tərcümələriniz
sayəsində Azərbaycan oxucuları dünya
poeziyasının bir çox
gözəl nümunəsi ilə tanış olmaq
imkanı əldə etmişdir”, – deyə
təbrik məktubunda qeyd olunurdu.
1997-ci il 27 avqust
Polşaya rəsmi səfəri
zamanı Varşavada dahi
polyak bəstəkarı Frederik
Şopenin muzeyini ziyarət
edib. Muzeydə Şopenin
əsərlərinin ifaçısı, beynəlxalq
müsabiqələr laureatı 23 yaşlı pianoçu
Rafael Luşçevskinin
ifasını dinləyib, onu Azərbaycana
konsert verməyə dəvət edib.
1997-ci il 20 sentyabr
Bakıda keçirilən Pediatriya Cəmiyyətlərinin IV Beynəlxalq
Konqresinin nümayəndələri, Türkdilli Ölkələrin Milli
Pediatriya Cəmiyyətləri Birliyinin fəxri prezidenti İhsan Doğramacı və digər xarici qonaqlarla birlikldə Akademik Milli Dram Teatrında İlyas
Əfəndiyevin “Hökmdar və
qızı” pyesinin tamaşasına
baxıb. Tamaşadan sonra
teatrın yaradıcı kollektivi ilə görüşüb.
“...Şübhəsiz ki, biz bu gün ilk növbədə əsərin müəllifinin, böyük yazıçımız, dramaturqumuz İlyas Əfəndiyevin xatirəsini yad etməliyik. İlyas Əfəndiyev Azərbaycan teatrına çox böyük töhfələr veribdir. İlyas Əfəndiyevin yaradıcılığı başqa cəhətlərlə yanaşı, bir də ona görə əhəmiyyətlidir ki, o öz əsərlərində Azərbaycan xalqının tarixinin çox mühüm səhifələrini ədəbiyyat, teatr vasitəsilə bugünkü nəsillərə çatdırıbdır...
Onun son
əsəri – bu gün
sizin təqdim etdiyiniz
əsər həyatımız üçün
çox əhəmiyyətlidir. Bilirsiniz, indi hər bir adamın tarix
kitablarını oxumağa nə
imkanı var, nə vaxtı. Biri oxuyur, o
birisi oxuya bilmir. Bu baxımdan teatr, kino çox
təsirli bir vasitədir. Mən əsəri
bu baxımdan çox
yüksək qiymətləndirirəm – həm əsəri, həm
də sizin əsərə verdiyiniz bu quruluşu.
Bütün aktyor
ansamblı həddindən artıq gözəl ifa etdi.
Ancaq bu
əsərin ikinci tərəfi də var. Əsərin bir mənası
da bundan ibarətdir ki, xalqımızı keçmiş
tarixi dövrlərdə də bədbəxt
edən içindəki çəkişmələr olub... Bu çəkişmələr dünən də
vardı, bu gün də
var. 1988-ci ildən xalqımızın
başına gələnlər, ermənilərin Azərbaycana
təcavüz etməsi, Dağlıq Qarabağ
məsələsini qaldırması nəyin nəticəsində
oldu? Azərbaycanın içində
gedən çəkişmələrin nəticəsində oldu. Əgər o vaxt Azərbaycan xalqı birləşsəydi,
hamı bir olsaydı, ermənilərin
qarşısını almaq mümkün olmazdımı? Onda
torpaqlarımız işğal oluna bilərdimi?
Ona görə də xalqımızı bundan sonra da
bu təhlükədən qorumaq,
həmrəy etmək üçün, Azərbaycanın
bu ağır dövründə
hamının müstəqilliyimizi qoruyub
saxlaması üçün bu əsərin çox böyük əhəmiyyəti var... Mən salonda
oturarkən fikirləşdim ki, bu mövzuda tarixi bir kinofilm
yaratmaq lazımdır. Eyni zamanda bir videofilm çəkmək
olar ki, bunu vaxtaşırı televiziyada versinlər...”.
1997-ci il
21 sentyabr
Akademik
Opera və Balet Teatrında Pediatriya Cəmiyyətlərinin IV Beynəlxalq
Konqresinin nümayəndələri
ilə birlikdə Üzeyir Hacıbəylinin
“Arşın mal alan” musiqili komediyasının yeni quruluşda tamaşasına
baxdıqdan sonra yaradıcı kollektivlə
görüşüb.
“Üzeyir Hacıbəyovun
bütün əsərləri
ölməzdir. “Arşın mal alan” da ölməz sənət əsəridir. Bu əsər daim teatr səhnələrində
göstərilibdir. Ancaq məlumdur
ki, bu əsərin
dünyada məşhur
olması 1946-cı ildən
– Azərbaycanın böyük
sənət ustası,
rejissoru Rza Təhmasibin quruluşu əsasında yaradılmış
filmlə başlandı.
Bu operettanı səhnəyə
qoymuş və filmə çevirmiş
incəsənət xadimlərini böyük
minnətdarlıqla yad etməliyik. Siz yeni yaradıcı nəsilsiniz
və onların davamçılarısınız. Bu əsəri XX əsrin sonunda
yenidən səhnəyə qoymusunuz. Hesab edirəm ki, bu, çox gözəl
alınıbdır... Əsgər rolunu mərhum
Rəşid Behdudovun yolu
ilə gedən gənc müğənnimiz Azər Zeynalov gözəl ifa edir. Gülçöhrə rolunu
ifa edən
teatrın solisti Zemfira
İsmayılovanı birinci dəfədir
ki, görürəm. Soltan
bəy rolunun ifaçısı olan Yaşar Nuriyevi hamımız tanıyırıq. Asya, Vəli, Süleyman
obrazlarını gənc aktyorlar çox gözəl ifa
etdilər... Siz hələ gəncsiniz.
Qarşınızda böyük
yaradıcılıq yolu vardır. İstərdim
ki, sizdən əvvəlki sənətkarlar
kimi öz üzərinizdə
çalışasınız. Mən onları çox yaxından tanıyırdım, onlarla dost idim.
Görürdüm ki,
onlar öz üzərlərində
necə çalışırlar, necə yeni
nailiyyətlər əldə edirlər. Mən bunu sizə də tövsiyə edirəm...”.
1997-ci il 4 oktyabr
Rusiyanın və Azərbaycanın Xalq artisti Lyudmila Zıkinanın Respublika Sarayında keçirilən konsertindən sonra səhnə arxasında onunla görüşüb. “... 25 il bundan öncə biz başqa respublikanın artistinə Azərbaycanın “Xalq artisti” adı verilməsi haqqında ilk dəfə qərar qəbul etdik. Bu qərar bizi daha sıx bağlayıb doğmalaşdırdı... Sizin Azərbaycana gəlişiniz, gözəl çıxışınız respublikamıza, xalqımıza çox dərin hörmətin ifadəsidir...”.
Hazırladı: V.Orxan
(davamı
var)
Mədəniyyət .- 2023.- 25 oktyabr,
¹79.- S.5.