“Cənab leytenant”
sənədli filmi nümayiş
olunub
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin məzunu
Gülüstan Əliyevanın
hazırladığı Vətən
müharibəsi şəhidi
Süleyman Bağırov
haqqında “Cənab leytenant” qısametrajlı
sənədli film avqustun
31-də Şirvan Şəhər
İcra Hakimiyyətində
şəhid ailələrinin
iştirakı ilə
keçirilən görüşdə
nümayiş olunub.
Öncə icra başçısı
İlqar Abbasov, rayon rəsmiləri Şirvan şəhərindəki Şəhidlər
xiyabanını ziyarət
ediblər. Həmçinin
Birinci Qarabağ müharibəsində Şirvan
şəhərindən itkin
düşən şəhidlərin
xatirəsinə ucaldılmış
abidənin və “Şəhid anası”
memorial kompleksinin önünə
gül dəstələri
qoyulub.
İlqar
Abbasov şəhid ailələri ilə görüşdə onlara
vətənpərvər, mərd
oğullar böyütdükləri
üçün təşəkkürünü
bildirib. O, şəhid
ailələrinin daim dövlətimizin diqqət
və qayğısı
ilə əhatə olunduğunu vurğulayaraq
Şirvan şəhərində
də bu istiqamətdə tədbirlərin
davam etdiriləcəyini
deyib.
Sonra Gülüstan Əliyevanın
müəllifi olduğu
qısametrajlı film təqdim
edilib. Filmin qəhrəmanı Süleyman
Loğman oğlu Bağırov 1 fevral
1992-ci ildə Sabirabad
rayonunun Sərxanbəyli
kəndində doğulub.
Leytenant Süleyman Bağırov 2020-ci il oktyabrın
8-də Füzuli istiqamətində
döyüşdə həlak
olub. Şirvan şəhərindəki Şəhidlər
xiyabanında dəfn olunub. Ölkə başçısının sərəncamı
ilə ölümündən
sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Maraqla qarşılanan filmin nümayişindən sonra
icra başçısı
İlqar Abbasov qonaqlara və şəhidin ailə üzvlərinə Şirvan
şəhərində ucaldılan
“Zəfər” abidəsinin
əksi olan xatirə hədiyyəsi təqdim edib.
Mədəniyyət.- 2023.- 6 sentyabr.-
S.4.