Vətən qəhrəman şəhidlərini unutmur

 

Cəbrayıl rayon Mədəniyyət Mərkəzinin Nüzgar, Çərəkən, Şıxlar, Hovuslu kənd klubları, rayon MKS-nin Düzoba 13 saylı Hasanqaydı kənd kitabxana filiallarının əməkdaşları tərəfindən 44 günlük Vətən müharibəsinin şəhid baş leytenantı Təhmasib Mustafayevin doğum günü münasibətilə ailəsi adını daşıyan bulaq-abidə kompleksi ziyarət edilib.

Təhmasib Sərməst oğlu Mustafayev 1989-cu il avqustun 30-da Cəbrayıl rayonunun Hasanlı kəndində anadan olub. Vətən müharibəsində Şuşanın azadlığı uğrunda döyüşlərdə şücaət göstərib. Noyabrın 7-də Şuşa istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olub. Biləsuvar rayonu ərazisindəki 3 saylı köçkün qəsəbəsində salınan şəhid məzarlığında dəfn edilib. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəliRəşadətordeni, “Vətən uğrundaŞuşanın azad olunmasına görəmedalları ilə təltif olunub.

***

Biləsuvar rayonunda Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Nihad Babayevin doğum günü münasibətilə tədbir keçirilib. Şirvan-Salyan RMİ-nin rəisi Şahin Şahbazovun da iştirak etdiyi tədbirdə şəhidin keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıqdan danışılıb, mədəniyyət işçiləri adından ailəsinə başsağlığı verilib. Sonra şəhidin məzarı ziyarət edilib.

Nihad Akif oğlu Babayev 1991-ci il avqustun 30-da Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. Vətən müharibəsi başlayanda Naxçıvan XTQ- hərbi hissə komandirinin müavini olan bir neçə ay öncə kapitan rütbəsinə yüksələn Nihad Babayevi rəhbərlik orada saxlamaq qərarına gəlib. Lakin Nihad Babayev hərbi komandanlığa raportla müraciət edərək Qarabağda döyüşlərə qatılması üçün xahiş edib. Oktyabrın 3-də Naxçıvandan göndərilən qrupun tərkibinə Nihad Babayevin adı salınıb. Kapitan Nihad Babayev Füzuli, Cəbrayıl, Qubadlı Zəngilan uğrunda döyüşlərdə iştirak edərək qruplara komandanlıq edib.

Oktyabrın 29-da Füzuli rayonunun Yuxarı Veysəlli kəndinə yaxın Uryandağ yüksəkliyi uğrunda döyüşlərdə şəhid olub. Ölkə başçısının müvafiq sərəncamı ilə Nihad Babayevə ölümündən sonraVətən Müharibəsi Qəhrəmanıadı verilib. HəmçininVətən uğrunda”, Xocavəndin Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.

***

Astara Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsi şəhidi Əli Cəfərovun doğum günü ilə əlaqədarCəsur döyüşçümövzusunda tədbir keçirilib. Çıxışlarda şəhidin həyatı döyüş yolundan, 44 günlük Vətən müharibəsi zamanı Ordumuzun göstərdiyi qəhrəmanlıqdan bəhs olunub.

Əli Bəyulla oğlu Cəfərov 1993-cü il avqustun 29-da Astara rayonunun Maşxan kəndində anadan olub. İkinci Qarabağ müharibəsi zamanı Talış Suqovuşan kəndlərinin, Murovdağ yüksəkliyinin alınmasında şücaət göstərib, qəhrəmancasına şəhid olub. Noyabrın 4-də Astara rayon Maşxan kənd qəbiristanlığında dəfn olunub. Dövlət başçısının müvafiq sərəncamları ilə ölümündən sonraVətən uğrundaSuqovuşanın azad olunmasına görəmedalları ilə təltif edilib.

Masallı rayon Mərkəzi Kitabxanasında İkinci Qarabağ müharibəsi şəhidi Elmir Akifzadənin doğum gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Ulu öndər Heydər Əliyev şəhidlərin xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib. Qeyd olunub ki, 1997-ci il sentyabrın 1-də Masallı rayonunun Banbaşı kəndində doğulan Elmir Akifzadə 44 günlük Vətən müharibəsi zamanı oktyabrın 9-da Hadrut qəsəbəsinin düşməndən azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonraVətən uğrundamedalı ilə təltif edilib.

 

N. Məmmədli

Mədəniyyət.- 2023.- 6 sentyabr.- S.4.