“Sənətkarlıqdan
sosial sahibkarlığa”
Lənkəran şəhər Mədəniyyət
Mərkəzində “Sənətkarlıqdan
sosial sahibkarlığa”
adlı layihə çərçivəsində dəyirmi masa və sərgi təşkil edilib.
Tədbirdə Lənkəran, Masallı,
Lerik və Astaradan olan sənətkarlar, mədəni
irs sahəsi üzrə ixtisaslaşmış
sahibkarlar və mütəxəssislər iştirak
ediblər.
Açılış nitqi söyləyən Lənkəran-Astara RMİ-nin
rəisi Bəxtiyar Qılıncov layihənin
cənub regionu üçün vacibliyini
qeyd edib, ölkənin bütün
bölgələrində təşkil
olunmasının əhəmiyyətini
vurğulayıb.
Digər çıxış
edənlər layihənin
məqsəd və vəzifələrindən bəhs
edib, mövzu ətrafında fikirlərini
bölüşüblər.
Daha sonra
layihənin işçi
qrupu tərəfindən
iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbir
cənub bölgəsini
təmsil edən sənətkarların əl
işlərindən ibarət
sərgi ilə yekunlaşıb.
Qeyd edək ki, sözügedən layihə Azərbaycan “Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur. Bu ilin iyul-sentyabr aylarını əhatə edən layihə iki regionda keçirilir. Layihənin növbəti tədbiri Şəki şəhərində təşkil olunacaq. Layihənin sonunda Bakı şəhərində regionlardan olan sənətkarlar, ekspert və qonaqların iştirakı ilə “Sənətkarlıqdan sosial sahibkarlığa” adlı sərgi-konfransın təşkili nəzərdə tutulub.
Mədəniyyət.- 2023.- 6 sentyabr.- S.4.