“Sufi
fenomenologiya” monoqrafiyası
çapdan çıxıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə
və Sosiologiya İnstitutu İslam fəlsəfəsi şöbəsinin
müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin
ikicildlik “Sufi fenomenologiya” monoqrafiyası
işıq üzü
görüb.
AMEA-dan verilən
məlumata görə,
elmi tədqiqatda ruhani təcrübə ilə şüur təcrübəsinin vahid
strukturu işığında
varlıq probleminə
və idrak nəzəriyyəsinə nəzər
salınır, antik yunan dövründən başlayaraq filosofların
əsərlərinə, hətta
dəqiq elmlərə,
kvant fizikasına müraciət olunur.
Monoqrafiyada həm
müqəddəs kitablara,
həm də elmi dəlillərə müraciət edilir, ruhani təcrübəyə
və rasional şüura istinad edən düşüncələr
əsaslandırılır. Tədqiqatda tanınmış
filosof, fenomenologiyanın
təməlini qoyan Edmund Husserlin “Saf fenomenologiya və fenomenoloji fəlsəfə haqqında
ideyalar” əsəri nümunə olaraq götürülüb. Birinci
cildi sufi fenomenologiyaya girişi və yeni fəlsəfənin
əsaslarını, ikinci
cildi isə sufi fenomenoloji metodologiya və ağıl haqqında mülahizələri, təhlilləri
ehtiva edir.
Mədəniyyət.- 2023.- 6 sentyabr.- S.7.