Milli Xalça Muzeyi turlar təşkil edir

 

 

Xəbər verdiyimiz kimi, sentyabrın 1-dən Azərbaycan Milli Xalça Muzeyi xalça sənətinin adi tamaşaçı üçün sirli qalan əlçatan olmayan tərəflərini göstərmək məqsədilə  turlar təşkil edir.

Yarımköçəri həyatadlı turda iştirakçılara məişətimizin ayrılmaz hissəsi olan xovsuz xalçalar xalça məmulatları üzrə ekskursiya təqdim olunur. Həmçinin xovsuz xalçatoxuma texnikaları, o cümlədən çətən üzrə ustad dərsi keçirilir, Bibiheybət məscidinə ziyarət təşkil edilir.

Saray xalçalarıturuna qatılan iştirakçılar isə muzey kolleksiyasından nadir incilər – XVII-XVIII əsr Qarabağ, Təbriz, Şamaxı, Bakı xalçaları ilə tanış olur, xovlu xalçanın toxunması üzrə ustad dərsinə qatılırlar. Proqrama tanınmış xalçaçı-rəssamların emalatxanasında görüş daxildir.

Hər iki tur proqramına muzeyin qapalı fond-saxlanc otaqları, xalçaların bərpa laboratoriyası ilə tanışlıq da daxildir.

Turlar həftənin cümə şənbə günləri saat 10:00-dan 18:00-dək sahə üzrə mütəxəssislər tərəfindən aparılacaq. Turlara qatılmaq istəyənlər öncədən qeydiyyatdan keçməlidirlər.

 

Mədəniyyət.- 2023.- 6 sentyabr.- S.7.