Ölkəmiz Moskvada beynəlxalq kitab forumu və sərgisində təmsil olunub
“MDB ölkələrinin
müasir ədəbiyyatı”
antologiyası “İlin
kitabı” elan edilib
30 avqust – 3 sentyabr
tarixlərində Rusiyanın
paytaxtı Moskvada
36-cı Moskva Beynəlxalq
Kitab Sərgi-Yarmarkası,
bu çərçivədə
ilk dəfə Moskva Beynəlxalq Uşaq Kitab Sərgisi, həmçinin
30 avqust – 1 sentyabr tarixlərində Rusiya Dövlət Uşaq Kitabxanasında postsovet ölkələrinin iştirakı
ilə Beynəlxalq Uşaq və Gənclər Kitab Forumu keçirilib. Tədbirlərdə ölkəmiz
də təmsil olunub.
Beynəlxalq ekspertlərin, kitabxana-informasiya,
nəşriyyat-poliqrafiya və
kitab satışı
sahələrinin aparıcı
mütəxəssisləri, gənc rəssam-illüstrator
və uşaq yazarlarının qatıldığı
forumda Azərbaycandan Yazıçılar Birliyinin
katibi Səlim Babullaoğlu, Mədəniyyət
Nazirliyi Kitab sənayesi şöbəsinin
əməkdaşı İslam
Hüseynov, F.Köçərli
adına Respublika Uşaq Kitabxanasının
direktor müavini Zahidə Dadaşova, “Everest” nəşriyyat evinin baş redaktoru, uşaq yazarı Solmaz Amanova, bədii illüstrator Nərminə
Abdullayeva iştirak ediblər.
Forumun məqsədi
uşaq ədəbiyyatı
və mütaliə sahəsində mütəxəssislər
arasında mədəni-humanitar
əlaqələrin gücləndirilməsi,
uşaqlara xidmət göstərən kitabxanaların
rolu və uşaqları mütaliəyə
həvəsləndirən birgə
layihələrin həyata
keçirilməsi üzrə
təcrübə mübadiləsi
aparmaqdır.
Forumun ilk
günü əvvəlcə
MDB məkanı üzrə
kitab-nəşriyyat işini
əhatə edən ənənəvi, bu il 20-ci dəfə keçirilmiş “Kitab sənəti” müsabiqəsinin
nəticələri elan
olunub.
Azərbaycan yazıçılarının əsərlərinin də
yer aldığı üçcildlik “MDB ölkələrinin
müasir ədəbiyyatı”
antologiyası (rus dilində) “İlin kitabı” elan olunub. Bu, SSRİ dağılandan sonra keçmiş sovet respublikalarının ədəbi
nümunələrini rus
dilində təqdim edən ilk böyük
nəşr layihəsidir.
Topluda Azərbaycan, Ermənistan, Gürcüstan,
Qazaxıstan, Qırğızıstan,
Özbəkistan, Türkmənistan,
Tacikistan, Belarus, Ukrayna
və Moldovanın müasir ədəbiyyatı
əhatə olunub. Nəşr MDB məkanında
“Rus Dili İli” elan olunan 2023-cü ildə işıq üzü görüb.
Antologiyanın birinci cildində (“Nəsr”) 11 ölkədən
94 müəllifin rus dilinə tərcümə
olunmuş hekayələri
və digər nəsr əsərlərindən
parçalar toplanıb.
Cildə tanınmış
özbək yazıçısı
Timur Pulatov ön söz yazıb.
İkinci cildə
(“Poeziya”) sözügedən
ölkələrdən 100-dən çox müəllifin rus dilinə tərcümə edilmiş
şeirləri daxil edilib. Bu cildə
ön sözü məşhur qazax şairi, yazıçı
Oljas Süleymenov yazıb.
Üçüncü cild isə “MDB ölkələrinin müasir
uşaq ədəbiyyatı”
adlanır. Rus uşaq yazarı, dramaturq Andrey Usaçevin ön sözü ilə açılan kitabda 11 ölkədən yüzədək
müəllifin rus dilində əsərləri
toplanıb.
Forumun “MDB-də
mütaliə mədəniyyəti:
ümumi keçmişdən
böyük gələcəyə”
mövzusunda plenar iclasını Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə
xüsusi nümayəndəsi
Mixail Şvıdkoy aparıb.
Azərbaycan nümayəndə heyətinin üzvləri də tədbirdə çıxış ediblər. Respublika Uşaq Kitabxanasının direktor müavini Zahirə Dadaşova “Kitabxanadan gələcəyə: yeniliklər və problemlər” mövzusunda məruzə edib. Solmaz Amanova “Tarixin gücü: irs” seriyasından nəşr olunan nağıl kitabları ilə bağlı təqdimat-məruzə edib. Gənc rəssam Nərmin Abdullayeva uşaq nəşrlərinə çəkdiyi rəsmlər haqqında söz açıb.
Mədəniyyət.- 2023.- 6 sentyabr.-
S.1;2.