“Bulaq”dakı səsi ilə də yaddaşlardadır...
6 sentyabr Azərbaycan
teatr və kino sənətində məxsusi iz qoymuş Xalq artisti İlham Əsgərovun (1958-2015) xatirə
günüdür. Teatr
səhnəsində, televiziya
tamaşalarında, filmlərdə
oynadığı rollarla
tamaşaçı rəğbəti
qazanan aktyor səkkiz il əvvəl qəfil ölümü ilə sənətsevərlərə dərin
kədər yaşatmışdı.
Yaşasaydı, bu il 65 yaşını qeyd edəcəkdi...
İlham Təvəkkül
oğlu Əsgərov
1958-ci il iyulun 16-da Masallı rayonunun Xançobançı kəndində
anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
Dram və kino aktyoru fakültəsini
bitirib. 1982-ci ildən
Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilib və ömrünün sonuna kimi taleyini
bu sənət ocağı ilə bağlayıb. Eyni zamanda “Sarıköynəklə
Valehin nağılı”
(İ.Əfəndiyev), “Kimdir
haqlı?” (B.Vahabzadə),
“Səndən xəbərsiz”
(A.Qəhrəmanov) və
s. teletamaşalarda yaddaqalan
obrazlar yaradıb. “Doğma sahillər”, “Biz qayıdacağıq”,
“Qəzəlxan” bədii
filmlərində çəkilib.
Aktyor oyunu
ilə yanaşı, səsi ilə də sevilirdi. Bir sıra filmlərin
səsləndirilməsində iştirak edib. Azərbaycan Radiosunun “Bulaq” verilişinin unudulmaz aparıcılarından
idi...
Mədəniyyət.- 2023.- 6 sentyabr.- S.1.