Azərbaycandan Albaniyaya mədəniyyət sovqatı

 

Dost ölkədə mədəni irsimiz, incəsənətimiz, kulinariyamız təqdim olunub

 

 

Xəbər verdiyimiz kimi, 31 avqust – 3 sentyabr tarixlərində Albaniyada Azərbaycan mədəniyyəti həftəsi keçirilib. Tədbirlərdə Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. Paytaxt Tiranada ölkəmizin zəngin mədəniyyəti, incəsənət inciləri, milli kulinariyası təqdim olunub.

Albaniya Avropanın cənubunda, Balkan yarımadasında kiçik dövlətdir. Ərazisi 28,7 min kvadrat kilometr, əhalisi 3 milyon nəfərə yaxındır. Əhalisinin əksəriyyəti müsəlmandır.

Azərbaycanla Albaniya arasında diplomatik münasibətlər 23 sentyabr 1993-cü ildə qurulub. Lakin iki ölkənin real əlaqələri son illərdə hərəkətə gəlib, o cümlədən Trans-Adriatik Kəmərinin (TAP) işə düşməsi ilə Albaniyanın Azərbaycanın enerji (təbii qaz) sahəsində tərəfdaşa çevrilməsi üçün imkanlar yaranıb. Siyasi əlaqələr son illər yüksək səviyyəyə qalxıb. 2022-ci ildə Prezident İlham Əliyev Albaniyaya, bu ilin iyulunda isə Albaniyanın dövlət başçısı Bayram Beqayın Azərbaycana səfəri bu prosesə təkan verib. Ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birinə sıx dəstək verir. Ötən il Azərbaycan Tiranada, bu il isə Albaniya Bakıda səfirliyin açılması ilə bağlı qərar qəbul edib. 2019-cu ilin noyabrında baş vermiş faciəvi zəlzələdən sonra Azərbaycanın Albaniyaya göstərdiyi yardım da bu dostluğun təzahürüdür.

Mədəni-humanitar sahəyə gəlincə, Albaniya son illər Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə reallaşan Qlobal Bakı Forumunda ölkə rəhbərliyi səviyyəsində təmsil olunur. Albaniyada ilk dəfə təşkil olunan Azərbaycan mədəniyyəti həftəsi isə bu sahədə gələcək əməkdaşlığa mühüm zəmin sayıla bilər.

Silsilə tədbirlərin ilk günündə (31 avqust) Tirana Milli Muzeyində Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sərgi açılıb. Ekspozisiyada Heydər Əliyev Fondunun Ümummilli liderin 100 illiyinə həsr olunan fotostendləri, Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından görkəmli rəssamlar Maral Rəhmanzadə, Tofiq Cavadov, Böyükağa Mirzəzadə, Nadir Əbdürrəhmanov, Mikayıl Abdullayev Hüseyn Əliyevin əsərləri, Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından Kamil Əliyevin müəllifi olduğu xalçalar nümayiş olunub. Ziyarətçilər üçün virtual reallıq qurğuları vasitəsilə Azərbaycanla tanışlıq imkanı da yaradılıb.

Eyni gündə Tirana şəhərinin İsgəndərbəy meydanında Xalq artisti, dirijor Fəxrəddin Kərimovun bədii rəhbərliyi altında Dövlət Kamera Orkestrinin müşayiəti ilə Xalq artistləri Fidan Hacıyeva, Azər Zeynalov, Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, Elvin Qəniyev, həmçinin Sədəf Budaqova İbrahim Babayevin ifasında milli musiqimizin inciləri tamaşaçılara təqdim olunub.

Albaniyanın mədəniyyət naziri xanım Elva Marqariti, Albaniyada akkreditə olunan xarici ölkə səfirləri digər rəsmilər tamaşaçılar arasında yer alıblar.

Növbəti günNatiqritm qrupu Mirvarirəqs ansamblı rəngarəng proqramla çıxış ediblər. “Qavaldaş”, “Qarabağ”, “Yanardağ”, “Mehriban”, “Sarı gəlin s. kompozisiyaları yerli auditoriya böyük coşqu ilə qarşılayıb. Musiqi rəqslərimizin ecazkar çələngi ilə bərabər səhnədəki monitorda Azərbaycanın tarixi, coğrafiyası, milli xalçalarımız, şəbəkə sənəti, İçərişəhər, Şuşa Cıdır düzünün görüntüləri izləyicilərin böyük marağına səbəb olub.

Tədbirin son günündə TirananınReja The Couldpavilyonunda Azərbaycan kino sənətinin incilərindən biri, Heydər Əliyev Fondunun təşəbbüsü dəstəyi ilə rəngli formatda bərpa olunmuşArşın mal alanfilmi (1945) nümayiş etdirilib.

Həmçinin Tirananın İtaliya meydanında Xalq artisti Ənvər Sadıqov Əməkdar artist Emil Əfrasiyabın rəhbərlik etdiyiButaqrupunun etno-caz konserti təşkil edilib. Qrup ənənə müasirlik arasında körpü yaradaraq, müxtəlif janrlarda sintez xarakterli improvizasiyalar ifa edib.

Azərbaycan mədəniyyəti həftəsi çərçivəsində Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə İsgəndərbəy meydanında yerli sakinlərə ölkəmizin milli mətbəx nümunələri, milli şirniyyatlarımız müxtəlif təbliğat-nəşr materialları da təqdim olunub.

Mədəniyyət günləri çərçivəsində Azərbaycan nümayəndə heyəti Albaniyanın mədəniyyət naziri Elva Marqariti, Tirana şəhər meri Erion Veliac, Albaniya Milli Kitabxanasının direktoru Piro Mişa ilə görüşlər keçirib. İkitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

 

Mədəniyyət.- 2023.- 6 sentyabr.- S.1;8.