Mədəniyyətimizin böyük hamisi

 İllərin xronikasından  

 

 

Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərindəsovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamlarıHeydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1995-ci il 1 sentyabr

Prezident Heydər Əliyev dahi bəstəkar, milli operanın banisi Üzeyir Hàcıbəylinin 110 illik yubileyi hàqqındà sərəncam imzalayıb. Yubileyin hazırlanması keçirilməsi məqsədilə Təşkilat komitəsi (sədr: Baş nazirin müavini Elçin Əfəndiyev, müavinlər: Àzərbaycan Bəstəkarlar İttifaqının sədri Tofiq Quliyev Àzərbaycan Yazıçılar Birliyinin sədri Ànar) yaradılıb.

Prezident Heydər Əliyev Àzərbaycan musiqi mədəniyyətinin inkişafında boyük xidmətləri olan bəstəkar Müslüm Maqomayevin 110 illik yubileyi haqqında sərəncam imzalayıb. Yubileylə bağlı Təşkilat komitəsi yaradılıb.

Prezident Heydər Əliyev həmçinin görkəmli rus şairi Sergey Yeseninin 100 illiyinin Àzərbaycanda keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb.

1995-ci il 13 sentyabr

Heydər Əliyev Azərbaycan Yazıçılar Birliyinin sədri Anarı, birliyin üzvləri Bəxtiyar Vahabzadəni Zəlimxan Yaqubu qəbul edib.

1995-ci il 16 sentyabr

Prezident Heydər Əliyevin fərmanı ilə Àzərbaycan mədəniyyətinin inkişafında, dahi bəstəkar Üzeyir Hacıbəylinin ədəbi musiqi irsinin qorunması təbliğində böyük xidmətlərinə görə bəstəkarın ev-muzeyinin direktoru Ramazan XəlilovŞöhrətordeni ilə təltif edilib.

1995-ci il 18 sentyabr

Prezident Heydər ƏliyevÜzeyir musiqi gününün keçirilməsi haqqındafərman imzalayıb. Fərmanda qeyd olunur ki, Üzeyir Hacıbəyovun Azərbaycan musiqi sənətinin inkişafında misilsiz xidmətlərini nəzərə alaraq, böyük sənətkara xalq ehtiramının məhəbbətinin təcəssümü olaraq hər il onun doğum günü – 18 sentyabrdaÜzeyir musiqi günükeçirilsin.

Heydər Əliyev həmin gün Respublika Sarayında dahi bəstəkarın 110 illiyinə həsr olunmuş yubiley gecəsində nitq söyləyib.

“...Azərbaycanda opera sənətinin tarixiLeyli Məcnunoperası ilə başlayır... Sonra Üzeyir Hacıbəyov ardıcıl olaraq gözəl, dəyərli musiqi əsərlərini yazmış xüsusənArşın mal alan”, “O olmasın, bu olsunoperettaları ilə məşhurlaşmış, bütün sonrakı fəaliyyətini Azərbaycan musiqisinin, mədəniyyətinin inkişafına həsr etmişdir.

Üzeyir Hacıbəyov ilk müstəqil Azərbaycan dövlətininAzərbaycanqəzetinin redaktoru olmuş bu qəzetin fəaliyyətində həm öz məqalələri ilə, həm rəhbərliyı ilə çox böyük xidmətlər göstərmişdir... Azərbaycanda musiqi məktəbinin, ali musiqi təhsilinin yaranması, incəsənətin geniş inkişaf etməsi, mədəniyyətin inkişaf etməsi Üzeyir Hacıbəyovun fəaliyyəti ilə bağlıdır... Azərbaycanda Üzeyir Hacıbəyov məktəbinin təsiri altında bəstəkarlar ordusu yaranmışdır. Xalqımızın böyük dastanı olanKoroğludastanının Üzeyir Hacıbəyov tərəfindən istifadə olunması, “Koroğluoperasını yaratması Azərbaycan tarixində, mədəniyyətində, bədii həyatında çox böyük əvəzsiz bir hadisədir...

Üzeyir Hacıbəyovun ən böyük xidmətlərindən biri müstəqil Azərbaycanın ilk himnini yaratmasıdır... Onun yazdığı hər bir əsər, hər bir not vərəqi bizim üçün qiymətlidir. Çünki bunlar hamısı Azərbaycan xalqının dirçəlməsinə, mədəniyyətinin inkişaf etməsinə, xalqımızın özünü tanımasına xidmət edibdir.

Mən böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, ötən vaxtlarda da Üzeyir Hacıbəyovun yubileylərinin keçirilməsinin təşkilatçılarından, iştirakçılarından olmuşam. Üzeyir Hacıbəyovu xalqımız heç vaxt unutmayıbdır. Xalq onu daim qəlbində saxlayıb, mədəniyyətimiz onun yaradıcılığından daim bəhrələnərək inkişaf edibdir. Buna görə Üzeyir Hacıbəyovun anadan olması gününü biz hər il qeyd edirik...

...Üzeyir Hacıbəyovun vətəni olan Şuşadabütün Azərbaycan onun vətənidir, ancaq gəncliyini Şuşada keçirmişdirona görə orada da ev-muzeyi yaradılmış, heykəli qoyulmuşdu... Orada təkcə Üzeyir Hacıbəyovun yox, böyük sənətkarımız Bülbülün , böyük şəxsiyyət Natəvanın da heykəli qoyulmuşdu, başqa heykəllər var idi. 1992-ci ilin may ayında Şuşa Ermənistan tərəfindən işğal olundu. İşğalçılar çox şeyləri dağıtdılar, o cümlədən mədəniyyətimizin abidələrini . Onlar Üzeyir Hacıbəyovun, Bülbülün, Natəvanın heykəllərini nəinki dağıtdılar, hətta vəhşiliyi o qədər büruzə verdilər ki, o heykəlləri güllələdilər... Faşistliyin, vəhşiliyin dərəcəsi yoxdur. Ermənistan işğalçılarının bu hərəkətləri məhz bunu sübut edir. Ancaq erməni işğalçıları heç elə bilməsinlər ki, o güllələr Üzeyir Hacıbəyov, Bülbül, Natəvan yaradıcılığını sarsıda bilər, yox! Elə düşünməsinlər ki, bu güllələr Azərbaycan xalqının mənəviyyatını sarsıda bilər, yox! Elə güman etməsinlər ki, Şuşanın işğalı daimi ola bilər. Yox, ola bilməz!

Biz bu gün Üzeyir Hacıbəyovun 110 illik yubileyini qeyd edərək əmin olduğumuzu bildiririk ki, Üzeyir Hacıbəyovun irsi yaşayacaq onun yaşadığı yerlərin hamısı ziyarətgaha çevriləcəkdir... Biz əminik ki, bütün Qarabağ, işğal olunmuş bütün torpaqlarımız azad ediləcək, müstəqil Azərbaycan öz ərazilərinin hamısının, öz sərhədlərinin sahibi olacaqdır.

Nəyin bahasına olursa-olsun, hansı yolla olursa-olsun Şuşa da, Qarabağ da, işğal edilmiş bütün torpaqlarımız da azad olunacaqAzərbaycan xalqının iradəsi ilə azad olunacaq, Azərbaycanın qəhrəman oğullarının şücaəti ilə azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü təmin ediləcəkdir...”.

1995-ci il 20 sentyabr

Heydər Əliyev musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Rauf Hacıyevlə vida mərasimində iştirak edib.

 

Hazırladı: Vüqar Orxan

(davamı var)

Mədəniyyət.- 2023.- 6 sentyabr.- S.5.