Tarixi Zəfər əbədi qürur mənbəyimizdir
Astara Tarix-Diyarşünaslıq
Muzeyində Vətən
müharibəsi iştirakçısı
İlqar Həsənzadə
ilə görüş
keçirilib. Muzeyin direktoru Gülzar İsmayılova 44 günlük
Vətən müharibəsinin
tariximizdəki müstəsna
əhəmiyyətindən danışıb.
İlqar Həsənzadə
döyüş yolundan
söz açıb.
O, Vətən müharibəsində
qazanılan Zəfərin
hər bir azərbaycanlı üçün
qürurverici olduğunu
söyləyib.
İlqar Həsənzadə
“Vətən uğrunda”,
Füzuli və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.
Muzeyin əməkdaşları
Vətən müharibəsinin
şəhid giziri Vüsal Nəhmətovun ailəsini ziyarət ediblər, qayğıları
ilə maraqlanıblar.
Vüsal Üzeyir oğlu Nəhmətov 1987-ci il oktyabrın 2-də Astara rayonunun Səncərədi kəndində anadan olub. Vətən müharibəsi zamanı oktyabrın 4-də Füzulinin azadlığı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Mədəniyyət.- 2023.- 8 sentyabr.- S.4.