“Heydər
Əliyev İli” tədbirləri davam edir
Yevlax şəhər
Mədəniyyət Mərkəzində
“Heydər Əliyev və ordu quruculuğu”
adlı tədbir keçirilib. Çıxış
edənlər Ulu öndərin hərb sahəsinə göstərdiyi
diqqət və qayğıdan, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı
Qələbədən söz
açıblar. Sonda tədbir iştirakçıları
Azərbaycanın hərb
tarixinə həsr olunmuş filmi izləyiblər.
***
Naftalan şəhər
Heydər Əliyev Mərkəzində “Ulu öndər Heydər Əliyevin əvəzsiz milli irsi” mövzusunda
tədbir keçirilib.
Əvvəlcə mərkəzin
ekspozisiya zalında Ulu öndərin ömür yolunu özündə əks etdirən fotolara baxış olub. Dəyirmi masa ətrafında davam edən tədbirdə çıxış edənlər
“Heydər Əliyev İli” münasibətilə
keçirilən tədbirlərin
dahi liderin ideyalarının təbliği
və gənc nəsillərə ötürülməsi
baxımından əhəmiyyət
kəsb etdiyini vurğulayıblar.
Goranboy rayon
Mədəniyyət Mərkəzinin
tabeliyindəki Qazanbulaq,
Borsunlu, Qaradağlı
kənd mədəniyyət
evləri, Veyisli, Kələk, Şıxlar,
Qazançı, Nadirkənd,
Həmənli, Qarasuçu,
Qırıxlı, şəhər
1 və 2 saylı klubların təşkilatçılığı
ilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”
adlı tədbir keçirilib. Sonda Ulu öndərə həsr olunmuş “Əsrin adamı” sənədli filmi nümayiş olunub.
***
Astara rayon
Mərkəzi Kitabxanasının
Uşaq şöbəsində
“Heydər Əliyev və uşaqlara diqqət” adlı rəsm müsabiqəsi keçirilib. Kitabxananın
fəal oxucularının
iştirak etdiyi müsabiqədə Zərifə
Həsənova, Aysel Quluzadə I, Sevginur Kərimli, Nigar Əliyeva II, Zəhra Qurbanzadə isə III yerə layiq görülüb. Qaliblərə
fəxri fərman verilib.
Cəlilabad Dövlət
Rəsm Qalereyasında
Heydər Əliyevin
100 illik yubileyi münasibətilə “Ulu öndər və Azərbaycan” başlığı
altında sərgi təşkil edilib. Sərgidə qalereyanın
bərpaçı-rəssamı Ramilə Quliyevanın əsərləri, həmçinin
Ulu öndərin həyatı və siyasi fəaliyyətini əks etdirən fotolar nümayiş etdirilib.
Masallı Dövlət
Rəsm Qalereyası, rayon Tarix-Diyarşünaslıq
Muzeyi və “Viləş STV” istirahət
mərkəzinin birgə
təşkilatçılığı ilə “Tarix heç nəyi unutmur” mövzusunda tədbir keçirilib. Ulu öndərin ordu quruculuğu sahəsində göstərdiyi
xidmətlərdən söz
açılıb.
Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Naxçıvandan başlayan müstəqilliyin bərpası” adlı dəyirmi masa təşkil edilib. Ümummilli liderin hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olduğu zamanlarda müstəqil dövlətçilik ənənələrimizin bərpası və inkişaf etdirilməsi sahəsində tarixi addımlarından söhbət açılıb. Sonra tədbir iştirakçıları muzeyə ekskursiya ediblər.
Mədəniyyət.- 2023.- 8 sentyabr.- S.4.