“Təsəvvüf
Azərbaycan ədəbiyyatı
kontekstində”
AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat
İnstitutu Türk xalqları ədəbiyyatı
şöbəsinin baş
elmi işçisi Xuraman Hümmətovanın
“Təsəvvüf Azərbaycan
ədəbiyyatı kontekstində”
kitabı çapdan çıxıb.
Nəşrin elmi redaktoru professor İmamverdi Həmidov, rəyçiləri
professor Məmməd Əliyev və filologiya üzrə fəlsəfə doktoru Zəhra Allahverdiyevadır.
Kitabda ayrı-ayrı
sənətkarların yaradıcılığında
təsəvvüf probleminin
inkişaf dinamikası
araşdırılıb. Bu
inkişaf öz başlanğıcını xalq
yaradıcılığından alaraq xalq sufizminin
formalaşmasında özünü
doğruldub. Sonradan bu inkişaf yazılı poeziyada ədəbi təsəvvüfün
yaranmasında baza rolunu oynayıb.
Araşdırmada klassik poeziyanın əsas strukturunu təşkil edən ezoterik bilgilərin Azərbaycan şeirində aparıcı rol oynaması diqqət mərkəzinə çəkilərək ona aydınlıq gətirilib. Təsəvvüfün klassik Azərbaycan ədəbiyyatında mütərəqqi ideya və motivlər üçün əsas fikir qaynağı olması vurğulanıb.
Mədəniyyət.- 2023.- 8 sentyabr.- S.7.