“Mənim
düşüncəm” – uşaq
və gənclər üçün yaradıcılıq
müsabiqəsi
Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai
Rayon İcra Hakimiyyəti, Azərbaycan
Rəssamlar İttifaqı,
Azərbaycan Dövlət
Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin
təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Mənim düşüncəm”
adlı Respublika yaradıcılıq müsabiqəsi
elan olunub.
Gənc nəsildə
yaradıcı düşüncənin
inkişafını təşviq
etmək məqsədi
daşıyan ənənəvi
müsabiqə 9-21 yaş
arasında uşaq və gənclər üçün nəzərdə
tutulub. İştirak etmək istəyənlər
yaradıcılıq işinin
adı və fotosu ilə bərabər özləri
haqqında məlumatı
(ad, soyadı, təvəllüd, təhsil
aldığı məktəb,
əlaqə nömrəsi)
dusuncem23@gmail.com ünvanına göndərə bilərlər.
Müraciətlər
2023-cü il 2 oktyabr tarixinədək qəbul olunur.
Müsabiqəyə təsvir və tətbiqi sənət nümunəsi ilə yanaşı, bir texnologiya işi ilə də qatılmaq olar. Seçimdə fərqli fikir və kreativ
düşüncəli yaradıcılıq
nümunələrinə, təkrar
olmayan, müdaxilə
olunmamış (müəllim,
valideyn) və əvvəlcə sərgilənməmiş
işlərə üstünlük
veriləcək.
Seçim müəlliflərin
yaşı nəzərə
alınmaqla aparılacaq.
Müəlliflər mövzu,
ölçü və
texnika seçimində
sərbəstdirlər. Ən
çoxu 2 əsər
təqdim etmək olar.
Seçilən işlər Xətai Sənət Mərkəzində sərgilənəcək. Əl işləri nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.
Mədəniyyət.- 2023.- 8 sentyabr.-
S.5.