Türk sənəti, tarixi və folkloru Bakıda konfransda müzakirə olunub
Sentyabrın 5-də Milli Azərbaycan Tarixi Muzeyində (MATM)
17-ci Beynəlxalq Türk
Sənəti, Tarixi və Folkloru Konfransı keçirilib.
MATM, Aydın Adnan Menderes və Konya Səlcuq
universitetləri (Türkiyə),
eləcə də
AMEA-nın birgə təşkil etdiyi tədbir hibrid formatda (əyani və onlayn) gerçəkləşib. Konfransa
Azərbaycan, Türkiyə,
Özbəkistan, Türkmənistan,
Ukrayna, İran, Rusiya,
Moldova, Hindistan və digər ölkələrdən
alim-tədqiqatçılar qatılıb.
Konfransda çıxış
edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bu cür tədbirlərin elmi, ədəbi, mədəni
əlaqələrin inkişafında
rolunu qeyd edib.
Muzeyin baş
direktoru akademik Nailə Vəlixanlı, muzeyin icraçı direktoru dosent Fərhad Cabbarov, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov, Aydın
Adnan Menderes Universitetinin professoru Ahmet Aytaç, Səlcuq Universitetinin professoru Osman Kunduracı türk sənəti, tarixi və folklorundan bəhs ediblər.
Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan və digər ölkələrdən olan alimlərin mövzu üzrə məruzələri dinlənilib, müzakirələr aparılıb.
Mədəniyyət.- 2023.- 8 sentyabr.- S.5.