Azərbaycan xalçaları Berlində sərgilənir
Berlində fəaliyyət
göstərən Azərbaycan
Mədəniyyət Mərkəzində
xalçalarımızın sərgisi təşkil edilib. Sərgi Azərbaycanın Almaniyadakı
Səfirliyi və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı
ilə ərsəyə
gəlib.
Səfirlikdən verilən xəbərə
görə, sərginin
açılış tədbirində
Almaniyanın dövlət
qurumlarının təmsilçiləri,
xarici ölkələrin
diplomatları, yerli ictimaiyyətin, Almaniyada yaşayan azərbaycanlı,
türk və digər icmaların nümayəndələri iştirak
edib.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək
ölkəmizdə xalçaçılığın qədim
tarixə malik olduğunu, bu sənətin inkişafına
dövlət tərəfindən
xüsusi əhəmiyyət
verildiyini diqqətə
çatdırıb.
“Azərxalça” ASC-nin İdarə heyətinin sədri Əməkdar incəsənət
xadimi Emin Məmmədov qurumun fəaliyyətindən söz
açıb. O, Azərbaycan
xalq-tətbiqi sənəti
və onun mühüm qolu olan xalçaçılığın
milli mədəniyyət
tariximizdə özünəməxsus
yer tutduğunu vurğulayıb, sərgidə
nümayiş olunan Qarabağ, Qazax, Naxçıvan, Şirvan
xalçaçılıq məktəblərinə aid
olan nümunələrdən
bəhs edib.
Tədbirdə Almaniyanın Azərbaycandakı
səfiri Ralf Horleman da çıxış
edib. O, fəaliyyəti
dövründə Azərbaycanda
xalçaçılıq sənəti ilə bağlı əldə etdiyi təəssüratı
tədbir iştirakçıları
ilə bölüşüb.
Sərgi zamanı
qonaqlar üçün
Qarabağ xalçasının
toxunma prosesi də nümayiş olunub, onlara hanada öz ilmələrini atmaq imkanı yaradılıb. Qarabağ xalçasının
toxunma prosesində iştirak edən hər kəsə “Azərxalça” ASC-nin xüsusi sertifikatı da təqdim olunub.
Tədbir çərçivəsində
iştirakçılara Heydər
Əliyev Fondu tərəfindən nəfis
tərtibatda və alman dilində hazırlanmış Azərbaycanda
xalçaçılıq sənəti haqqında nəşrlər paylanılıb,
Azərbaycan xalçaçılıq
sənətindən, ölkəmizin
tanınmış xalça
toxucularından bəhs
edən film nümayiş olunub.
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan sərgi sentyabrın sonunadək ziyarət üçün açıq olacaq.
Mədəniyyət.- 2023.- 8 sentyabr.- S.8.