Bolqarıstanda festivalda ölkəmizlə
bağlı təqdimat
Sentyabrın ilk günlərində Bolqarıstanın qədim
Küstendil şəhərində
ənənəvi olaraq
“Struma səhnələri” beynəlxalq
festivalı keçirilir.
Struma (Karasu) çayı yaxınlığında
yerləşən Küstendil
Osmanlı-türk tarixi
izlərinin, müxtəlif
tikililərin də olduğu şəhərdir.
Küstendil meriyası, “Presto” musiqi
evi və “Bratstvo 1869” icma mərkəzinin təşkilatçılığı
ilə keçirilən
builki festival çərçivəsində
Bakı Slavyan Universitetinin Müqəddəs
Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində
fəaliyyət göstərən
Azərbaycan dili və mədəniyyəti
mərkəzi tərəfindən
“Azərbaycan – yaxın
və kəşf edilməmiş” adlı fotosərgi açılıb.
Festivalda həmçinin
Yunanıstan, Avstriya, İsveçrə, Çin,
Mərakeş və digər ölkələrin
nümayəndələri iştirak
edirlər.
Açılış mərasimində
çıxış edən
festivalın direktoru Nadejda Dimitrova bu cür mədəni tədbirlərin region üçün
vacibliyini vurğulayıb.
Azərbaycan dili və mədəniyyəti mərkəzinin
direktoru Sofiya Şıqayeva-Mitreska çıxış
edərək 2023-cü ildə
müasir Azərbaycan
dövlətinin qurucusu
Heydər Əliyevin anadan olmasının 100 illiyinin, Sofiya Universitetinin nəzdindəki
mərkəzin isə
10 illiyinin qeyd edildilyini bildirib. Sərginin bu yubileylərə həsr edildiyi diqqətə çatdırılıb. Direktor
bu şəkillərin
2013-cü ildən Azərbaycanda
yaşayan peşəkar
bolqar fotoqraf və yazıçı Aureliya
Nəsirova tərəfindən
çəkildiyini deyib.
Açılış mərasimində
Sofiya Universitetinin türkologiya ixtisası üzrə tələbəsi
Melisa Ramadan milli geyimdə Azərbaycan
rəqsini ifa edib.
“Struma səhnələri” festivalı
sentyabrın 9-dək davam
edəcək. Azərbaycan
təbiətini və
mədəniyyətini Küstendil
şəhəri sakinlərinə
və qonaqlarına təqdim edən sərgi “Bratstvo 1869” icma mərkəzində festivaldan sonra da nümayiş olunacaq.
Mədəniyyət.- 2023.- 8 sentyabr.-
S.8.