Bəyaz saçların əhdi

 

Amerikalı yazıçı Çak PalanikGündəlikromanındaKədəri unutmaq çətin, sevinci xatırlamaq ondan da çətindir. Xoşbəxtlik çapıq izləri qoymuryazır.

Bilmirəm niyə, amma mən qəhrəmanımı görüb, tanıdığım ilk gündən onun üzündəki izlərin, dümağ saçlarının arasında bölgü aparıram. Elə bil özüm üçünhansı iz hansı ovqatın izidiraxtarışı edirəm. Amma həm həyatsevər qədər mübariz olduğunu da bilirəm, bu bəstəboy, zərif, bapbalaca gözlərinin ən dərinliyindəki sevinci ağrılarına rəğmən gün üzünə çıxaran qadının.

Sovqat Səmədova Bakı Uşaq Gənclər Teatrının ən qocaman, ruhən isə, məncə, ən gənc aktrisasıdır. Bu il 80 yaşını qeyd edir.

Onunla iyulun cırhacırındaAzərbaycan Teatr Xadimləri İttifaqının mövsümün sonu ilə bağlı tədbirində görüşdüm. Yubileyi münasibətilə ittifaq tərəfindən fəxri fərmanla təltif edilmişdi. Təşəkkürünü çoxdan ürəyində qalaqladığı arzu gileylərinə qatıb az danışıb, çox susan aktrisanı elə orada söhbətə tutdum.

Ürəyimdə sözüm çoxdur. Şəkililər demiş, a sənin gözuu yeyim. İndi mən haradan başlayım?” deyəndə uğunduq. Onun ləhcəsindəHa indi elə Şəkidən Bakıya uzanan yoldandeyəndə cingiltili gülüşü ittifaqın boş zalında əks-səda verdi: “Vay dədə, ta de sabahacan burdayıq ki...”.

Sovqat xanım, məsələn, Şəkidə yaxşı teatr mühiti var deyə düşünürəm ki, sənətə təsadüfi gəlməmisiniz.

Əslində, bizim nəsildə belə sənət adamı olmayıb. Səhnəni sevib, ona bağlandığım gündən hətta məni ölümlə hədələyiblər?

Qohumlarınız?

– Biri elə doğmaca anam Alagöz. Çox ciddi adam idi. Mən uşaqlıqdan güzgünün qabağında çalıb-oynayar, öz-özümə tamaşa göstərərdim. O da hər dəfəsində şəhadət barmağını silkələyə-silkələyə məni hədələyərdi. Deyərdi, bu hoqqabazlığı unut. Beləcə, uşaqlıqdan bu qadağa yolumu kəsdi. Sonra düşünüb-daşınıb müəllim olmaq istədim. Düşündüm ki, dil-ədəbiyyat müəllimi olaram, məktəbdə dərnək yaradıb teatr həvəsimi şagirdlərimlə öldürərəm. Belə arzularla yaşayırdım ki, o da baş tutmadı. Atam dünyasını dəyişdi, anam qəza keçirdi. 14 yaşımdan işləməyə başladım. Anam məni məktəbdən çıxarıb ipək fabrikinə işə qoydu. İnan Allaha, əlim dəzgaha çatmırdı. Yeniyetməlik ilk gəncliyim ağır oldu. Yəqin elə ona görə işdə tanış olduğum oğlanla tez ailə qurdum. Elə bildim hər şey yaxşı olacaq. Amma bu xoşbəxtlik iki il belə sürmədi.

Yoldaşım rəhmətə getdi, oğlumun qırxı təzəcə çıxmışdı. Anam qardaşımı dalımca göndərdi ki, məni evə gətirsin. Ağır sarsıntılar keçirsəm anladım ki, belə davam edə bilməz. Necə deyərlər, “öz ixtiyarım öz əlimdədirdeyib cumdum e Şəki mədəniyyət şöbəsinə. Həvəsim barədə orada danışdım, xalq teatrında səhnəyə çıxmaq istədiyimi dedim. Məni başqa bir ştata götürsələr , xalq teatrında aktrisa kimi işləməyə başladım. Əslində, əllərinə fürsət düşmüşdü. Qadın aktrisa, xüsusən gənc, demək olar ki, yox idi.

Mədəniyyət evinin direktoru Nazim müəllimə dedim ki, tamaşalarda oynamağı çox istəyirəm, amma həm qorxuram, anam bilsə öldürər məni. Dedi, heç narahat olma, mən səni Şəkidə səhnəyə çıxartmaram. Qastrollara gedəndə sən oynayarsan, vaxt Şəkidə səhnəyə çıxmağa hazır olduğunu desən, onda çıxarsan. Bu minvalla işə başladım. Altı aydan sonraNamuspyesini götürdülər mənə Şapanik rolunu verdilər ki, öyrən, məşq elə, Qaxda oynayacağıq. Sən demə, aldadırlar, tamaşa Şəkidə olacaqmış. Etiraz eləmək yersiz idi. İlk tamaşaya rayon rəhbərliyi gəlmişdi. Zal dolu idi. Başladım şövq ilə oynamağa. Birinci katib Sadıx Nəzərli tamaşadan sonra səhnə arxasında bizimlə görüşdü mənəSən bundan sonra xarakterik, yaşlı obrazları oynadedi. Hər şey əla alındı. Amma Şəkidə 3 il heç kim mənə salam vermədi, bütün qohumlar üz döndərdi.

Tədbirlərin birində,  komsomol bayramında o vaxt təzə dəbə minənCeyranımmahnısının sədalarında süzürəm e. Zal da ağzınacan dolu. Qapqara hörüklərimi yanıma salıb, təbəssümlə təzim edirdim ki, gördüm anam zalın bir küncündə dayanıb mənə baxır. İnan, ayağımın altından yer qaçdı. Anam oradakı heç kimə məhəl qoymadan səhnəyə çıxdı hörüklərimdən yapışıb məni sürüyə-sürüyə aşağı saldı. Qiyamət qopmazmı? Camaat yığıldı, xeyri olmadı. Yaxşıca tozumu töküb, məni əzişdirdi.  Amma mən dediyimdən dönmədim, səhnədən qopmadım. Elə bil mənə güc gəlmişdi. Ya bu yolda getməliydim, ya da ölməliydim. Ölmədim, amma ölümdən betər oldum...

Şəki Dövlət Dram Teatrına gəlişiniz , yəqin, təsadüfi olmayıb?

– 1975-ci ildə Şəki Dövlət Dram Teatrı mərhum rejissor Vaqif Abbasovun direktor Nazim Bilalovun rəhbərliyi ilə bərpa olundu. Mədəniyyət evindən 22 nəfərdən imtahan götürdülər. Məni 2-ci dərəcə ilə teatra aktyor kimi qəbul elədilər. Məndən başqa 4-5 nəfərdən imtahan götürüb teatra aktyor kimi təsdiq etdilər. Eyni ildə İncəsənət İnstitutunun bir kursunun məzunları da teatrda işləməyə başladılar. Əməkdar artistlər Qəmər Məmmədova Gülşad Baxşıyeva da onların içində idi. “Nişanlı qıztamaşasında Qayınana, “Hacı Qara”da Tükəz, “Komsomolpoemasının tamaşasında Şahsuvarın anası Gülgəz nənəni oynadım. Teatr bərpa olunandan sonra ilk tamaşalar idi. “Komsomoltamaşasında Bəxtiyarı Hüseynağa Atakişiyev oynayırdı. Tamaşada Gülgəz nənə oğlunun ölüm xəbərini eşidən səhnədə özümdən iki bənd bayatı dedim. Zaldakılar ağlayırdı. Tamaşadan sonra raykomun 1-ci katibi Sadıq Murtuzayev bizimlə görüşdü. Dedi ki, sən məni ağlatdın. istəyin var de. Əvvəl utandım, sonra kirayədə qaldığımı dedim. Elə orada tapşırıq verdi. Məni evlə təmin elədilər. Artıq hamı məndən danışırdı. Anama da xəbər vermişdilər ki, qızın çox gözəl tamaşa oynayıb. Ondan sonra qohumlar, qonşular arasında hörmətli bir adam oldum. Bu minvalla düz 40 il Şəki teatrında müxtəlif rollarda oynadım. Yaşadıqlarımı oynadığım obrazlarla unutmağa çalışırdım. Moskvaya, SSRİ-nin müxtəlif respublikalarına qastrola, festivala gedirdik, Bolqarıstana, Çexoslovakiyaya getdik. Kubaya da getmişik, Fidel Kastronun qəbulunda olmuşuq. Hüseynağa Atakişiyevin vaxtında olub bütün bunlar. Eh, gözəl günlər idi. Sənət, səhnə məni ovutdu. Ömrümü bir oğluma sənətə həsr elədim. Düzdü, oğlumun da taleyi mənim kimi ağrılı oldu. Nəvələrimi mən saxladım. Min şükür, artıq nəticələrim var. Həyatımdan razıyam.

Gəlin bir neçə kəlmə Şəki teatrını Bakı Uşaq Teatrına dəyişməyinizdən danışaq...

Elə deyəndə xətrimə dəyir, mən teatrı heç vaxt dəyişmədim. Sadəcə, 2010-cu ildə teatrımız təmirə dayandı. Deyildi ki, təmir iki il çəkəcək. O vaxt da qız nəvəm tələbə idi, Bakıda oxuyurdu, kirayədə qalırdı. Oğlan nəvəm əsgərliyə getdi. Qaldımmı tək? Üstəlik bekar oturmaqla aram yoxdur. Gəldim oğlumun Bakıda aldığı balaca torpaqda, necə deyərlər, bir kümə qaraladım, nəvəmlə baş-başa verib yaşamağa başladıq. Beləcə, bir oğlumun iki balasının həyatına əl gəzdirməli idim axı. Nəvələrim analarını erkən itirdilər, oğlum ölkədən köçdü. Bütün Şəki əhli bildi ki, mən onları necə yetişdirdim. Bütün əzab-əziyyətimə rəğmən, cəmiyyətə hazır uşaqlar böyütdüm. Düşündüm ki, mən həyatda olmayanda onlar özlərinə baxa bilsinlər. Şükür, həyatım nizama düşdü. Ev-eşiyim, rahat şəraitim var. Buna da nail olmaq üçün Bakıya gələndən işlədim. Çəkilişlər, seriallar, sosial layihələrdə işləməyə başladım. Dayımın qızı məni çalışdığı teatraBakı Uşaq Teatrına apardı. Teatrın rəhbəri İntiqam Soltanla tanış elədi. O, məni görən kimi tanıdı işə götürdü. Beləcə, burada da qaynar həyatım başladı. Təmir bitdi mən Şəkiyə qayıtdım. Teatrda 65 yaşımdan sonra da müqavilə ilə çalışırdım. Sadəcə, təmirdən sonra Yeni il tamaşası ilə bağlı serial ilə premyera arasında toqquşma yarandı mən filmin son səhnəsində çəkilmək, söz verdiyim yaradıcı heyəti yarı yolda qoymamaq üçün seçim etməli oldum. Daha doğrusu, teatr rəhbərliyinin əsəbi haldaOlmaz, ya işlə, ya da ərizəni yazsözü ilə ərizəmi yazdım çıxdım.

Bakı Uşaq Gənclər Teatrında ən qocaman aktrisasınız. Maraqlıdır, balaca tamaşaçılarla ünsiyyətiniz necə alınır?

Çox gözəl kollektivimiz var. Bir ailə kimiyik. Mən həvəslə işləyirəm, irili-xırdalı onlarla rol oynamışam. Əsas rol olsun. Ana toyuğu da, Kəsəyəni , Toplanı da bacardığım qədər ifadəli oynamağa çalışıram. Xarakterik rollarım da çoxdur. Tamaşaçı hər rolu fərqli görmək istəyir. Yoxsa var e, roldur deyib bir xətlə oynamağa. Mən hər roluma belə böyük bir obraz kimi yanaşıram, hamısını sevirəm. Vaxtilə ən böyük arzumÖgey anakinofilmində rəhmətlik Nəsibə Zeynalovanın oynadığı Fatmanisə qarı obrazını canlandırmaq olub... , indi bir arzum da var. Heç olmasa, bir dəfə xoşbəxt qadın rolu oynayım. Səhnədə olsa o səadəti duyum.

Teatra həsr olunan ömür. Necə deyərlər, saçınızı süpürgə edib yaşadığınız bu ömürdə çox sevdiyiniz teatr sizə verdi?

Həyat. Yaşayışıma kömək oldu, ömrümü uzatdı, arxam-dayağım oldu, ailəm, ev-eşiyim oldu. Düz 51 ildir fasiləsiz səhnədəyəm.

Sovqat xanım bu sözləri elə ucadan, elə emosional həyəcana qarışan göz yaşı ilə söylədi ki, bir anlıqGörəsən, sənətə bu cür bağlı insanlara lazımınca dəyər-qiymət verilirmisualının təsirinə düşdüm. O isə sanki bunu duyubmuş kimi dedi:

Məni yaşadan sənətimdi. Sulutəpədən üç nəqliyyat dəyişib hər gün Qaraçuxura gedirəm. Günümün 3-4 saatı yolda keçir. Amma o teatra bir gün getməsəm, elə bilərəm dünyada tək qalmışam. Təki səhnədə olub, onun tozunu udum. Çünki mən səhnəni sevirəm. O məni sevsə , sevməsə . Amma həm inanmıram ki, sevməyə. Yoxsa, məni qoynunda bəsləməzdi. Eh, ay qızım, həyatdır, taledir, yazıdır...

Sonra ayağa qalxdı, dağılmış saçlarına sığal verib masaya yaxınlaşdı. Ona bağışlanan kiçik gül dəstəsi fəxri fərmanını bağrına basıb qapıya tərəf döndü. Sonra fikirləşdisə iti addımlarla geri qayıdaraq diktofonu yenidən işə salmağımı gözlədi. Muncuq kimi gözlərini üzümə dikdi: “Bir zarafat edim, gül, bayaqdan qanını qaraltdım. Deyirsən, teatr sənə verdi. verəcək? Gördüyün bu qalaq-qalaq fəxri fərmanları. Mənim fəxri adım olmasa da, bolluca fəxri fərmanım var. Əşi, canları sağ olsun, əsas odur ki, mən sənətimlə fəxr edirəmdeyib təzim edirmiş kimi müsahibə səhnəsindənendi”.

 

Həmidə Nizamiqızı

Mədəniyyət.- 2023.- 8 sentyabr.- S.6.