Şamaxıda Xalq rəssamı
Arif Hüseynovun yubiley sərgisi
Sentyabrın 7-də Şamaxı Yaradıcılıq
Mərkəzində Xalq
rəssamı Arif Hüseynovun anadan olmasının 80, yaradıcılıq
fəaliyyətinin 55 illiyinə
həsr edilmiş sərgi açılıb.
Tədbir Şamaxı
Rayon İcra Hakimiyyətinin, Dağlıq
Şirvan Regional Mədəniyyət
İdarəsinin və
Azərbaycan Rəssamlar
İttifaqının birgə
təşkilatçılığı ilə gerçəkləşib.
Sərgidə rəssamın
Azərbaycan nağılları,
klassik şairlərin
irsinə və aşıq yaradıcılığına
həsr olunmuş əsərləri nümayiş
olunub.
Tədbirdə rayonun icra başçısı Tahir Məmmədov, Azərbaycan Rəssamlar İttifaqının katibi Xalq rəssamı Ağaəli İbrahimov, Xalq artisti İlham Namiq Kamal, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və digərləri yubilyarı təbrik edib, ona cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıblar.
Mədəniyyət.- 2023.- 8 sentyabr.-
S.1.