Paytaxtdan kənardakı teatrlar yeni mövsümə necə başlayır?

 

Yay məzuniyyətindən qayıdan teatrlar yeni mövsümün açılışı üçün hazırlıqlar görürlər. Bu il 150 illik yubileyini yaşayan Azərbaycan peşəkar milli teatrının çağdaş təmsilçilərinin yeni mövsümdə, konkret olaraq 2023-cü ilin sonunadək hansı planları, sənət layihələri var? Bu dəfə paytaxtdan kənardakı teatrlara nəzər salacağıq. Başlayaq paytaxta ən yaxın sənət ocağından.

Sumqayıt Dövlət Dram Teatrı yubiley mövsümünə yeni  layihələrlə başlayır. Üstəlik, bu il teatr özünün yubileyini – 55 yaşını qeyd edir.

Mövsümün açılışı ilə bağlı ənənəvi iclasda yaxın zamanda tamamlanması planlaşdırılanVarlı ev” (G.Xuqayev) tamaşası, üzərində oxu məşqləri aparılanEzopəsəri (G.Fiqeyredo), yeni mövsümdə təqdim olunacaqUçqun” (T.Cücənoğlu), xalq nağılları əsasında işlənənYuxu”, Azərbaycan Teatr Xadimləri İttifaqınınKlassikafestivalı üçün hazırlananMühacirlər” (S.Mrojek) s. tamaşalara dair müzakirələr aparılıb.

Kollektivin Bərdə şəhərinə planlaşdırılan qastrol səfəri barədə danışılıb. Eləcə teatrın bu günlərdə Laçın şəhərində nümayiş etdirdiyiMissiyamistik dramından da söz açılıb. Əslən Laçının Güləbird kəndindən olan Milli Qəhrəman Qorxmaz Eyvazov əsərin əsas obrazlarından biridir.

Öz səhnəsində isə kollektiv tamaşaçıları Ü.Hacıbəylinin “O olmasın, bu olsunəsəri ilə salamlayacaq.

***

Şəki Dövlət Dram Teatrının yeni mövsüm açılışı sentyabrın 10-da Azərbaycan dramaturgiyasının banisi M.F.AxundzadəninHekayəti-xırs-quldurbasankomediyası əsasında eyniadlı tamaşanın premyerası ilə olacaq. Tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, quruluşçu rəssamı geyim üzrə rəssamı Sahib Əhmədov, baletmeysteri Çingiz Novruzəliyev, musiqi tərtibatçısı Zeynəb Orucovadır.

Həmçinin ilin sonunadək teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin quruluşunda Bertolt BrextinKuraj ana uşaqlarıpyesi əsasında yeni  tamaşanın hazırlanması nəzərdə tutulub.

***

Gəncə Dövlət Dram Teatrı mövsümün ilk tamaşası kimi sentyabrın 21-də Mikayıl Mikayılovun quruluşunda A.SaqarelininXanuma”sını təqdim edəcək.

Hazırda teatrda Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda Sabit RəhmanınYalantamaşasının məşqləri gedir. Premyera oktyabr ayına nəzərdə tutulub.

İlin sonunadək repertuar planına uyğun olaraq üç tamaşanın da istehsalata buraxılması nəzərdə tutulur. Bunlar Əziz Nesinin “Toros canavarı”,  Əbdürrəhim bəy HaqverdiyevinPəri cadu” (tamaşa Tofiq Kazımovun 100, Həsənağa Turabovun 85 illiyinə ithaf olunacaq) dramaturq Xanım Həsənovanın uşaqlar üçünŞənliyə gəl  tamaşalarıdır.

Bundan əlavə, teatr oktyabrda Tural Mustafayevin quruluşundaKral ölür” (E.İonesko) tamaşası ilə Türkiyədə keçiriləcək iki beynəlxalq festivala qatılacaq, həmçinin eyni tamaşa ilə Azərbaycan teatrının 150 illiyi ilə əlaqədar Gürcüstana qastrola gedəcək.

 

Mingəçevir Dövlət Dram Teatrında mövsümün açılışı 21 sentyabra nəzərdə tutulub. Həmin gün gənc yazıçı Elçin MəhərrəmlininYaddaş, təqvim kukla” dram əsəri nümayiş olunacaq.

Hazırda Əhməd OrucoğlununAçarını itirənlərpyesi əsasında hazırlanan eyniadlı tamaşanın stolarxası məşqləri gedir. Bundan əlavə, Xeyrəddin QocanınZamanın ruzigarıpyesi əsasında eyniadlı tamaşa da məşq mərhələsindədir. Hər iki səhnə əsərinə teatrın baş rejissoru Vüsal Mehrəliyev quruluş verir.

Balacaları da unutmayan yaradıcı heyətGöyçək Fatma” xalq nağılı əsasında səhnələşdirilən eyniadlı tamaşanı təqdim edəcək. Tamaşanın rejissoru Əməkdar artist İntiqam Soltandır. 

***

Qusar Dövlət Ləzgi Dram Teatrı yeni mövsümü sentyabrın 15-də Turqut ÖzakmanınAdətdramı əsasında hazırlanmış tamaşa ilə açacaq.

Yeni mövsümdə teatrın səhnəsində İdris ŞamxalovunPərixanım”, Mirzə FətəlininHekayəti-xırs-quldurbasan İsi MəlikzadəninHərənin öz ulduzutamaşaları bərpa ediləcək.

8 NoyabrZəfər Günü ərəfəsində Nəriman HəsənzadəninQarabağ Azərbaycandır! “Qarabağnamə”m İlhamdıtamaşa-kompozisiyasının təqdimatı da nəzərdə tutulub.

***

Lənkəran Dövlət Dram Teatrı yeni mövsümə hazırdır. Kollektiv bu mövsümdə Əbdürrəhim bəy HaqverdiyevinMüqəssir” (rejissor Abdulla Elşadlı), Çingiz AytmatovunCəmilə” (rejissor İmran Əli Qurbanlı), Piter Turininin “Bu da axırı” (monotamaşa; rejissor A.Elşadlı) tamaşalarını tamamlamaqla yanaşı, Heydər Əliyevin 100 illiyinə həsr olunmuşİki 23 arasında” (müəllif Q.Nəcəfzadə, rejissor E.Əskərov) səhnə işini teatrsevərlərin ixtiyarına verəcək.

Teatr yeni mövsümə sentyabrın 24-də Xalq yazıçısı Kamal Abdullanın “Casus” tamaşası ilə başlayacaq.

***

Qax Dövlət Kukla Teatrı da balacaların görüşünə həvəslə hazırlaşır.  51-ci teatr mövsümünü sentyabrın 15-də açmağı düşünən yaradıcı heyət azyaşlı tamaşaçıları üçün son nümunələrindən olanTülkü quyruqnağıl-tamaşasını (O. Abdullayev) göstərəcək.

Hazırda teatrda Astrid LindqreninUzuncorab Pippi” əsəri üzərində məşqlər gedir. Bundan başqa, ilin sonunadək Əzizə ƏhmədovanınNecə boz ayı, aldı ev payıpyesi əsasında eyniadlı tamaşa hazırlanacaq.

***

Gəncə Dövlət Kukla Teatrı isə 38-ci mövsümünü sentyabrın 16-da Üzeyir Hacıbəylinin  Məşədi İbadmusiqili komediyası ilə açacaq. Teatr ilin sonunadək iki yeni tamaşanın premyerası nəzərdə tutulur. Bunlardan biri Gəncədə yazıb-yaradan dramaturq-şairə Aləmzər ƏlizadəninBalqabağın ay yuxusu” (quruluşçu rejissor Şamil Məmmədli), digəri isə Korney ÇukovskininMilçək-Vizilçək” (quruluşçu rejissor Zülfiyyə Əliyeva ) əsərləridir.

***

Salyan Dövlət Kukla Teatrı da özünün yubiley – 30-cu mövsümünə başlayır. Teatr tamaşaçıları ilə görüşə sentyabrın 15-də “Kaloğlanın sərgüzəştləriilə gələcək.

Yaradıcı heyətin Özbəkistana qastrol səfəri nəzərdə tutulub. Salyanlı kuklaçılar ilin sonunadək İsgəndər CoşqununTülkü həccə gedir Ələkbər HüseynovunXoşbəxtlik quşukukla tamaşalarını da hazırlayacaqlar.

***

Ağdam Dövlət Dram Teatrı tamaşaçıları ilə görüşə sentyabrın 15-dən sonra gələcək.

Artıq repertuardakı tamaşaların hazırlıq məşqləri ilə yanaşı, yeni səhnə nümunələri üzərində hazırlıq prosesinə başlanılıb. İlin sonunadək sənət ocağı dörd tamaşanı teatrsevərlərə təqdim edəcək. BunlarHasarın o üzü” (Ə.Əmirli, rejissor S.Əhmədov), “Tor” (T.Məmməd, rejissor K.Həsənov), “Qisas” (X.Röya, rejissor K.Həsənov) balacalar üçün nəzərdə tutulanSehrli sandıq” (K.Məmmədova, rejissor E.Hümbətov) əsərləri əsasında hazırlanacaq tamaşalardır.

***

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı növbəti yaradıcılıq mövsümünə sentyabrın 22-də M.F.AxundzadəninLənkəran xanının vəziritamaşası ilə  başlayacaq. 

Hazırda teatrda bu ilin repertuarında olan iki tamaşanınElçininŞekspir” (rejissor Həcərxanım Məmmədova) J.B.MolyerinSkapenin kələkləri” (rejissor Mir Qabil Əkbərov) tamaşalarının masaarxası məşqləri başlayıb. Bundan başqa, gənc rejissor Əlisahib Cəlil Xalq yazıçısı Afaq MəsudunQatarın altına atılan qadınpyesini plandankənar tamaşa kimi hazırlayacaq. Tamaşalar bu ilin sonuna qədər təhvil veriləcək veriləcək.

***

Hələlik paytaxtda fəaliyyətini davam etdirən Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi sentyabrın 16-da Süleyman Sani AxundovunQaraca qızhekayəsi əsasında hazırlanmış eyniadlı tamaşa ilə yenidən balaca tamaşaçıların görüşünə gələcək. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Asyaxanım Heydərovadır.

Sentyabrın 17-də isə uşaqlar üçünGöyçək Fatma” Azərbaycan xalq nağılı əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq.

 

H.Rüstəmova

Mədəniyyət.- 2023.- 8 sentyabr.- S.3.