Tuğqoruğunun tərkibinə ölkə yerli əhəmiyyətli abidələr daxil edilib

 

 

İşğaldan azad edilmiş Xocavənd rayonunun Tuğ kəndi ərazisindəki ölkə əhəmiyyətli memarlıq abidələri olan Alban məbədi (1197-ci il, Tuğ kəndi) Qırmızı məbəd (1000-ci il, Tuğ kəndi) yeni yaradılan  TuğDövlət Tarix-Memarlıq Təbiət Qoruğunun tərkibinə daxil edilib.

Bundan əlavə, kəndin ərazisindəki yerli əhəmiyyətli memarlıq abidələriiki məbəd (XIII əsr 1747-ci il) bir körpü (XVIII əsr, kəndin yaxınlığında) qoruğun tərkibinə daxil edilib.

Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib. Baş nazir Əli Əsədov tərəfindən 6 sentyabrda imzalanan qərarlaAzərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqındaNazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Ölkə əhəmiyyətli daşınmaz tarix mədəniyyət abidələrinin Siyahısı”nınMemarlıq abidələribölməsində müvafiq dəyişikliklər edilib.

Xatırladaq ki, Prezident İlham Əliyev 16 iyun 2023-cü il tarixində Xocavənd rayonu Tuğ kəndinin tarixi əhəmiyyətini nəzərə alaraq, ətraf ərazilərdə mədəni təbii irsin kompleks şəkildə qorunması, habelə burada turizmin inkişaf etdirilməsi məqsədiləTuğDövlət Tarix-Memarlıq Təbiət Qoruğunun yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanın tarixi yaşayış məntəqələrindən biri Qafqaz Albaniyasının qədim irsinə aid mədəniyyət abidələrinin mövcud olduğu Tuğ kəndidir. Tuğ kəndi eyni zamanda zəngin təbii potensiala ekoloji resurslara malikdir. Şuşa şəhərinə aparan Zəfər yolu üzərində yerləşməsi kəndin turizm baxımından inkişaf perspektivini artırır.

Sərəncamla Xocavənd rayonunun Tuğ kəndinin tarixi ərazisiTuğDövlət Tarix-Memarlıq Təbiət Qoruğu elan edilib. Nazirlər Kabinetinə qoruğun sərhədlərini mühafizə zonasını müəyyənləşdirib təsdiq etmək, maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görmək, Dövlət Turizm Agentliyinə qoruğun idarə olunmasını təmin etmək tapşırılıb.

 

Mədəniyyət.- 2023.- 8 sentyabr.- S.4.