Bakıda 6-cı “AnimafilmBeynəlxalq Animasiya Festivalı keçirilir

 

Müsabiqə proqramında 13 ölkədən 39 ekran işi yer alıb

 

Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi, Azərbaycan Animasiya Assosiasiyası “Peri Film” MMC-nin təşkilatçılığı ilə 6-10 sentyabr tarixlərində Bakıda 6-cı “AnimafilmBeynəlxalq Animasiya Festivalı keçirilir.

Sentyabrın 6-da Nizami Kino Mərkəzində festivalın açılış mərasimi oldu.

Qadın haqlarımövzusuna həsr olunan builki festivalın tərəfdaşları Azərbaycan Kinematoqrafçılar İttifaqı, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, Çexiya Fransanın ölkəmizdəki səfirlikləri, Azərbaycandakı Fransız İnstitutu digər qurumlardır.

Açılış tədbirində Mədəniyyət Nazirliyinin nümayəndələri, ölkəmizdən xaricdən kino xadimləri kinosevərlər iştirak edirdi.

Əvvəlcə festivalın treyleri nümayiş olundu.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə, mədəniyyətin bütün sahələrində olduğu kimi, auidovizual sahənin inkişafına xüsusi önəm verilir. Həyata keçirilən islahatlar, o cümlədən 2022-ci ildə dövlət başçısının fərmanı ilə Azərbaycan Respublikası Kino Agentliyinin yaradılması müasir çağırışlara cavab olaraq milli kinematoqrafiyanın yeni inkişaf perspektivlərini müəyyənləşdirir: “Qarşımızda duran əsas vəzifələrdən biri zəngin milli kino ənənələrini daha da inkişaf etdirmək dünyaya açılmaqdır. Həmçinin kinematoqrafiyanın müasir təbliğat təşviqat potensialını, mədəniyyətin ayrılmaz tərkib hissəsi kimi mədəni diplomatiyanın rolunu nəzərə alaraq ölkəmizdə dayanıqlı, müasir kino sənayesi yaratmaqdır. Hazırda yeni mədəniyyət konsepsiyası üzərində gedir. Konsepsiyada kino sənayesinin inkişafı üçün əlverişli mühitin yaradılması məsələləri əksini tapacaq”.

Animasiyanın kino sənayesinin müstəqil qollarından biri olduğunu vurğulayan nazir müavini ölkəmizdə bu sahənin sənayeləşməsi, kommersiya baxımından cəlbedici olması, dövlət-özəl əməkdaşlığı kontekstində onun inkişafının təmin edilməsinin qarşıya məqsəd qoyulduğunu dedi: “Nazirliyin sifarişi, dəstəyi ilə dövlət özəl studiyalarda müxtəlif animasiya filmlərinin istehsalı, “Animafilmfestivalına hər il dəstək verilməsi s. bu kimi tədbirlər animasiya kinosunun inkişafına hədəflənmiş fəaliyyətdir. Tanıtım baxımından animasiya filmlərinin ekranlara internet şəbəkələrinə çıxarılması çox vacibdir. Bu işdə kinofestivallar mühüm vasitədir. Bu baxımdanAnimafilmfestivalı ölkəmizdə kino sənayesinin inkişafında xüsusi əhəmiyyət kəsb edir”.

Səadət Yusifova bildirdi ki, festivala 46 ölkədən ümumilikdə 174 film daxil olub. Seçim komissiyası müsabiqə proqramı üçün 13 ölkədən 39 filmi qəbul edib: “Hər il olduğu kimi, builki festival günlərində tamaşaçılar yaxın-uzaq ölkələrdən təqdim edilən onlarla müasir animasiya filmi ilə tanış olmaqla yanaşı, bu sahənin peşəkarları ilə fikir mübadiləsi apararaq ustad dərslərində iştirak etmək imkanı qazanacaqlar. Ümid edirik ki, artıq ənənə halını almış bu festival dünyanın ən nüfuzlu animasiya festivalları sırasında özünəməxsus yer tutacaq, ölkəmizdə animasiya sənətinin inkişafına populyarlaşdırılmasına töhfə verəcək”.

***

İsveçrə Konfederasiyasının Azərbaycandakı Səfirliyinin nümayəndəsi Alberto Hernandez, Niderland Krallığının ölkəmizdəki səfiri xanım Paulin Eizema “Oscar” mükafatlı Niderland əsilli kinorejissor Maykl Dudok de Vitt çıxış edərək festival haqqında fikirlərini bölüşdülər.

Festivalın açılış tədbirində rejissor Nəzrin Ağamalıyevanın İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş Cənubi azərbaycanlı Hədis Nəcəfi haqqındakıHədis”, isveçrəli rejissor İzabel FavezinHava poçtu” (Air Mail), Niderland əsilli rejissor Maykl Dudok de Vittin “Ata qız” (Father and Daughter), gürcüstanlı rejissor Ana Çubinidzenin müsəlman aləmində qanunverici orqana demokratik yolla seçilmiş ilk müsəlman (azərbaycanlı) qadından bəhs edənPərixanım Sofiyevafilmləri, həmçininAloveanimasiya studiyasınınSehrli xalçaanimasiya filminin treyleri nümayiş etdirildi.

Qeyd edək ki, bu il festival tamaşaçılara müsabiqə, müsabiqədənkənar peşəkarlar olmaqla üç əsas proqram təqdim edəcək. Filmlər 2 beynəlxalq 2 yerli kateqoriya üzrə yarışacaq. “Ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyası üzrə 11, “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” üzrə 10, “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” üzrə 8, “Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi” kateqoriyası üzrə isə 10 film proqrama salınıb.

Yerli kateqoriyanın qalibi, hər il olduğu kimi, bu il Fransada keçirilən “Annecy” Beynəlxalq Animasiya Film Festivalında iştirak haqqı qazanacaq.

Festival çərçivəsində Nizami Kino Mərkəzində 20-yə yaxın tədbirin keçirilməsi 60-dan çox animasiya filminin nümayişi nəzərdə tutulub.

Festivalın bilet satışlarından əldə olunacaq vəsait gənc qadın rejissorlarımıza dəstək məqsədilə ianə ediləcək.

 

Nurəddin Məmmədli

Mədəniyyət.- 2023.- 8 sentyabr.- S.1;2.