Mədəniyyətimizin əbədiyaşar dahisi
Bölgələrdə “Üzeyir musiqi günü”
Quba rayon
Heydər Əliyev Mərkəzində, Quba, Xaçmaz, Xudat, Şabran, Siyəzən şəhər uşaq musiqi və incəsənət məktəblərində
18 sentyabr – Milli Musiqi Gününə (“Üzeyir musiqi günü”) həsr edilmiş tədbir və konsert proqramları təşkil
edilib.
***
Gəncə şəhər F.Əmirov
adına 1 nömrəli
Uşaq musiqi məktəbində konsert
təşkil olunub. Çıxışlarda qeyd
edilib ki, Ü.Hacıbəylinin musiqi
mədəniyyətimizdə yaratdığı ənənələr
onun yetirmələri tərəfindən yaşadılıb.
Konsertdə müəllim
və şagirdlər
dahi bəstəkarın
əsərlərini ifa
ediblər.
Regional idarənin tabeliyindəki digər mədəniyyət müəssisələrində
də əlamətdar
günlə bağlı
tədbirlər keçirilib.
***
Əlamətdar gün münasibətilə
Mil-Muğan RMİ-nin
təşkilatçılığı ilə konsert proqramı keçirilib. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci
müavini Həsən
Həsənov Üzeyir
Hacıbəylinin həyat
və yaradıcılığından
danışıb. Tədbir
Sabirabad şəhər
Ü.Hacıbəyli adına
Uşaq musiqi məktəbinin konsert proqramı ilə davam edib.
***
Qubadlı rayon
F.Hüseynov adına Mahmudlu kənd Uşaq musiqi məktəbində 18 sentyabr
“Milli musiqimiz” adlı tədbir keçirilib. Ü.Hacıbəylinin
zəngin yaradıcılığı
haqqında geniş məlumat verilib, bəstəkarın əsərlərinin
əbədiyaşarlığı qeyd olunub. Şagirdlərin
ifasında rəngarəng
musiqi nömrələri
təqdim edilib.
***
Şəki şəhər
Heydər Əliyev mərkəzində konsert
proqramı təşkil
edilib. Müəllim və şagirdlər tərəfindən dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərindən
nümunələr təqdim
olunub.
***
Milli Musiqi
Günü münasibətilə
Qazax-Tovuz RMİ-nin tabe müəssisələrində
tədbirlər, konsert
proqramları təşkil
olunub. Tədbirlərdə
Ü.Hacıbəylinin həyat
və yaradıcılığı,
2009-cu ildən ənənəvi
olaraq gerçəkləşən
beynəlxalq musiqi festivalı haqqında söz açılıb.
Üzeyir bəyin əsərlərindən parçalar
səsləndirilib.
***
Lənkəran şəhər C.Cabbarlı
adına 1 nömrəli
Uşaq musiqi məktəbinin təşkilatçılığı
ilə şəhərdəki
Osman Mirzəyev adına qarışıq
tipli uşaq evində tədbir keçirilib. Lənkəran-Astara
RMİ-nin rəisi Bəxtiyar Qılıncovun
da iştirak etdiyi tədbirdə Milli Musiqi Gününün
tarixindən söz açılıb. Tədbir
Üzeyir bəyin əsərlərindən ibarət
konsert proqramı ilə başa çatıb.
Masallı rayon Heydər Əliyev Mərkəzində şəhər İncəsənət məktəbi ilə birgə “Milli mədəniyyətimiz Heydər Əliyev ideyalarından bəhrələnir” adlı tədbir keçirilib. Üzeyir Hacıbəyli ilə başlayan bəstəkarlıq məktəbimizin Qara Qarayev, Niyazi, Fikrət Əmirov kimi korifeylərinə Heydər Əliyevin verdiyi yüksək dəyər və Ulu öndərin ümumilikdə mədəniyyət xadimlərinə qayğısından söz açılıb. Tədbir incəsənət məktəbinin konsert proqramı ilə davam edib.
Mədəniyyət.-
2023.- 22 sentyabr.- S.4.