Müasir inkişafımızın banisi

 

Cəbrayıl rayon MKS Cəbrayıl rayon üzrə Gənclər idman sektorunun birgə təşkilatçılığı ilə rayon Mərkəzi Kitabxanasında (Biləsuvar rayonu) “Heydər Əliyev Azərbaycan mədəniyyətiadlı tədbir keçirilib. Tədbirdə Ümummilli liderin mədəniyyət incəsənət xadimləri ilə görüşlərindən bəhs edən videoçarx nümayiş etdirilib.

***

Ağdam rayon Heydər Əliyev MərkəzindəƏsrin müqaviləsitarixi Zəfərimizə gedən yolun başlanğıcıdırmövzusunda dəyirmi masa keçirilib. Çıxışlarda qeyd olunub ki, 1994-cü il sentyabrın 20-də imzalananƏsrin müqaviləsiilə müstəqil dövlətimizin neft strategiyası doktrinasının əsası qoyulub. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi.

***

Lerik rayon Heydər Əliyev Mərkəzinin əməkdaşlarıHeydər Əliyev İlimünasibətilə şəhər 3 saylı tam orta Anbudərə kənd ümumi orta məktəblərində olublar. Mərkəzin əməkdaşları şagirdlərə Ulu öndər Heydər Əliyevin dövlətçilik irsi haqqında geniş məlumat veriblər. Qeyd edilib ki, bu gün əldə olunan bütün uğurlarda Heydər Əliyevin möhkəm təməlini qoyduğu siyasi kurs, inkişaf strategiyası dayanır. Bu siyasi kurs Azərbaycanı daha böyük uğurlara aparır.

Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatı tərəfindən gənc partiya fəallarının iştirakı ilə rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. Gənclərə Ümummilli lider Heydər Əliyevin örnək həyat yolu haqqında geniş məlumat verilib, həmçinin gənclər eksponat, fotoşəkil kitablarla tanış olublar.

***

Gəncə şəhər Heydər Əliyev Mərkəzi şəhər MKS-nin 16 nömrəli kitabxana filialıHeydər Əliyev Azərbaycan təhsilimövzusunda tədbir təşkil edib. Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışlarda tədris ocaqlarının maddi-texniki bazalarının ildən-ilə möhkəmləndirildiyi, təhsildə qazanılan uğurlar diqqətə çatdırılıb.

 

Mədəniyyət.- 2023.- 22 sentyabr.- S.4.