Aktrisa, rəssam Alagöz Salahova dünyasını dəyişib

 

Rusiyada yaşayan aktrisa, rəssam Alagöz Salahova 19 sentyabr 2023-cü il tarixində, 70 yaşında vəfat edib. Uzun müddətdir xəstəlikdən əziyyət çəkən A.Salahova Bakıda dünyasını dəyişib.

Alagöz Salahova 1953-cü ildə dünya şöhrətli rəssam, Azərbaycanın, Rusiyanın keçmiş SSRİ-nin Xalq rəssamı Tahir Salahovun ailəsində anadan olub. Gənc yaşlarından rəssamlığa kino sahəsinə maraq göstərib.

C.Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasında lentə alınanDantenin yubileyi” (1978) filmində Sevil, “Özgə ömür”də (1987) Tamilla, “Bağlı qapı”da (1981) Rəna obrazlarını canlandırıb.

A.Salahova MoskvadaAlagözadlı prodüser mərkəzini təsis edib rəhbəri olub. O, bir sıra incəsənət ustalarımızın Rusiya paytaxtında konsertlərinin təşkil olunmasına köməklik göstərib.

Alagöz Salahova sentyabrın 21-də Yasamal qəbiristanlığında dəfn olunub. Mərasimdə Mədəniyyət Nazirliyinin təmsilçiləri, mədəniyyət, incəsənət nümayəndələri iştirak ediblər.

Allah rəhmət eləsin.

 

 

Mədəniyyət.- 2023.- 22 sentyabr.- S.6.