Milli Konservatoriyada musiqi axşamı

  

 

Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində daha bir konsert sentyabrın 21-də Azərbaycan Milli Konservatoriyasında (AMK) Dövlət Nəfəs Alətləri Orkestrinin (bədii rəhbər-direktor Əməkdar incəsənət xadimi Əlibala Rzayev) ifasında təqdim olundu.

Əvvəlcə səhnəyə çıxan AMK-nın rektoru Xalq artisti Siyavuş Kərimi Azərbaycan Silahlı Qüvvələrinin 19-20 sentyabrda Qarabağdakı qanunsuz hərbi birləşmələrə qarşı apardığı antiterror tədbirləri zamanı qazanılan qələbədən danışdı, ərazi bütövlüyümüz suverenliyimiz uğrunda canlarından keçən Vətən övladlarına rəhmət, qazilərə şəfa dilədi.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi Nəzəriyyə şöbəsinin müəllimi, musiqişünas Nərgiz Kərimova dahi bəstəkar Üzeyir Hacıbəylinin zəngin yaradıcılığından söz açdı.

Sonra konsert proqramı təqdim olundu.

Proqramda Ü.HacıbəylininKoroğluoperasındanUvertüraCəngi”, “Arazbarı”, “Arşın mal alanoperettasındanUvertüra”, F.ƏmirovunAşıqsayağı”, Oqtay Zülfüqarovun “Bayram uvertürası”, T.QuliyevinGörüşkinofilmindənVals”, Azərbaycan bəstəkarlarının əsərlərindən ibarətFantaziya”, Polad BülbüloğlununŞən Azərbaycan”, Müslüm MaqomayevinAzərbaycan” (solist Mahir Tağızadə) Q.QarayevinAzərbaycan marşıəsərləri səsləndirildi.

Orkestrin məharətli ahəngdar çıxışını musiqisevərlər gur alqışlarla qarşıladılar.

 

Nurəddin

Mədəniyyət.- 2023.- 22 sentyabr.- S.2.