“Ruhun
tellərində”
Üzeyir Hacıbəyli festivalının növbəti
konserti
Heydər Əliyev
Fondu və Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli
XV Beynəlxalq Musiqi Festivalı (18-28 sentyabr) davam edir.
Sentyabrın 20-də festival çərçivəsində
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının
Kamera və Orqan Musiqisi Zalında “Ruhun tellərində” adlı konsert təşkil edildi.
Gecənin tamaşaçıları
arasında Mədəniyyət
Nazirliyinin nümayəndələri,
tanınmış mədəniyyət
və incəsənət
xadimləri, musiqisevərlər
vardı.
Konsertdə Əməkdar
artistlər İnarə
Babayeva (vokal, soprano), Şəhla Əlizadə (arfa) və musiqiçi Şeyda Əliyeva (fleyta) çıxış
etdilər.
Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından “Gülçöhrənin ariyası”
və “Qızların
xoru”, “Sənsiz” romansı, F.Əmirovun “Ulduz”, S.İbrahimovanın
“Dağ küləyi”,
eləcə də V.Bellini, F.Şubert, E.Qriq, D.H.Conant, L.Delibes və başqa bəstəkarların
əsərləri və
“Səndən mənə
yar olmaz” xalq mahnısı səsləndirildi.
Bütün çıxışlar alqışlarla
qarşılandı.
N.Məmmədli
Mədəniyyət.-
2023.- 22 sentyabr.- S.2.