SABAH-ın “arşınmalçıları”
Üzeyir festivalında
Həzin
musiqi notlarını xatırladan qızılı
payızlı Bakı
dahi Üzeyir Hacıbəylinin adı ilə şərəflənən
növbəti festivala
ev sahibliyi edir. Zəngin proqramlı festival çərçivəsində
növbəti sənət
sovqatını gənclər
verdilər. Bu da təsadüfi
deyildi. Çünki bütün həyat və yaradıcılığı,
pedaqoji fəaliyyəti
boyunca istedadlı gənclərə yol açan, onlara hamilik və atalıq qayğısı
göstərən Üzeyir
bəyin ən böyük amalı peşəkar nəsil sayəsində musiqi sənətimizin daha da inkişafı idi.
Sentyabrın 20-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında gerçəkləşən sənət
axşamına “Üzeyir
sənətinin gənclik
sədaları” adı
verilmişdi.
Üzeyir
Hacıbəyli adına
Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
“SABAH” qrupu dahi bəstəkarın “Arşın
mal alan” musiqili komediyası ilə bir araya gəlmişdi.
Tamaşanın quruluşçu rejissorları
Xalq artisti Mehriban Zəki, aktyor-pedaqoq Ceyhun Dadaşov, bədii rəhbər və dirijoru Dmitri Babayev idi. “SABAH” xoru ilə başlayan tamaşada Fərid İsmayılov (Əsgər),
Nəzrin Əliyeva (Gülçöhrə), Nihat Aslanlı
(Soltan bəy), Əsmər Həbibli, Hilal Məmmədzadə (Süleyman), Gülçin Qasımova (Asya), Səbinə Qasımova (Telli), Ülvi Qasımov (Vəli) və Ülviyyə Qarayeva (Sevgi mələyi) iştirak edirdilər.
Həyəcanla gözlənilən nümayişdən
əvvəl çıxış
edən Mehriban Zəki
sözünə Vətənimizin
azadlığı və
ərazi bütövlüyü
uğrunda şəhid
olanları yad etməklə
başladı. Xalq artisti istedadlı və teatra bağlı yetirmələrinin
bir araya gəldiyi layihə barədə məlumat verdi. Bildirdi ki, tamaşanın premyerası
bu ilin mayında
Naxçıvanda – Ümummilli
lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş SABAH İncəsənət Festivalı
(24-26 may) çərçivəsində olub.
Sonra səhnə onların – həyəcanlı gənclərin,
istedadlı tələbələrin,
gələcəyin aktyor
və musiqiçilərinin
ixtiyarına verildi.
Bildiyim qədər, tələbə
aktyorların ilk tamaşası
BMA-nın xor üzrə qrupunun da ilk səhnə həyəcanı
idi. Bu sevinc və həyəcanın verdiyi emosionallıq üzlərindən də
oxunurdu.
Sadə
tərtibatlı və
mümkün olduğu
qədər müasir
təsvir verilmiş tamaşada hadisələrin
nəqlində məxsusi
yanaşma – komediya ilə təsvirin rəngarəng sintezi hiss olunurdu. Gənclər musiqili teatr sənətimizin klassik və hamımıza yaxşı tanış olan nümunəsini hiss edib anladıqları kimi göstərməyə
can atırdılar. Buna
görə də ifaları maraqlı və baxımlı alınmışdı...
Həmidə
Mədəniyyət .- 2023.- 22 sentyabr.- S.3.