TÜRKSOY-un Şuşada “Rəssamlar görüşü”
başa çatıb
Mədəniyyət paytaxtımıza həsr edilən əsərlərin kataloqu
nəşr olunacaq
Beynəlxalq Türk Mədəniyyəti
Təşkilatı – TÜRKSOY-un ənənəvi layihələrindən olan
“Rəssamlar görüşü”nün
sayca 23-cüsü bu il “Şuşa 2023 – Türk dünyasının
mədəniyyət paytaxtı”
tədbirləri çərçivəsində
ölkəmizdə keçirilib.
10-20 sentyabr tarixlərini
əhatə edən görüşə Türk
dünyasının 6 ölkəsindən
– Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan,
Türkiyə və Türkmənistandan 12 tanınmış
rəssam qatılıb.
Rəssamlar bir neçə gün ərzində mədəniyyət
və sənət beşiyimiz
Şuşada əsərlərini
ərsəyə gətiriblər.
Layihədə ölkəmizi
Xalq rəssamları Arif Əziz və Sakit Məmmədov
təmsil edib.
Sentyabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında
TÜRKSOY-un XXIII “Rəssamlar
görüşü”nə
həsr edilən tədbir keçirilib.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov layihənin əhəmiyyəti
barədə danışıb,
iştirakçılara yeni
sənət uğurları
arzulayıb.
Sonra nazir
müavinləri Fərid
Cəfərov və Murad Hüseynov TÜRKSOY-un təşəkkürnamələrini
rəssamlara təqdim
ediblər.
Layihə çərçivəsində
ərsəyə gətirilən
əsərlərin gələn
ay Bakıda
TÜRKSOY-un 30 illik yubileyinə həsr edilən təntənəli tədbirdə
nümayişi nəzərdə
tutulur.
Xatırladaq ki, TÜRKSOY-un ötənilki “Rəssamlar
görüşü”nə
Türkiyənin Safranbolu
şəhəri (Karabük
vilayəti) ev sahibliyi etmişdi.
Onu da qeyd edək ki, TÜRKSOY-un himayəsi ilə Türk dünyası rəssamlarının görüşləri
bu ildən tematik silsilələr formatında da davam etdirilir. Bu yaxınlarda belə bir görüş
Macarıstanda gerçəkləşib.
TÜRKSOY-un və Macarıstanın Lakitelek Fondunun təşkilatçılığı
ilə keçirilən
sənət toplantısı
ünlü macar şairi Şandor Petöfinin 200 illik yubileyinə həsr olunub.
***
Azərbaycanın
TÜRKSOY-dakı nümayəndəsi
Elçin Qafarlı layihə barədə qəzetimizə bildirdi ki, “Şuşa 2023 – Türk dünyasının
mədəniyyət paytaxtı”
ili çərçivəsində
təşkilat bir sıra layihələr həyata keçirir. “Rəssamlar görüşü”
də TÜRKSOY-un mədəniyyət layihələri
sırasında mühüm
yer tutur: “Hər il təşkil
edilən bu görüş çərçivəsində
Türk dünyasının
fırça ustaları
bir araya gəlir, rəssamlar arasında yeni körpülərin, sənət
mübadiləsinin təməli
atılır. 23-cü dəfə
təşkil edilən
bu tədbirə altı türk respublikasının hərəsindən
2 rəssam dəvət
edilib. Onlar 10 sentyabrdan Azərbaycanda idilər və hər bir rəssam
Şuşanı özünəməxsusluğu
ilə kətana köçürmək imkanı
qazandı. Şəhərin
əsrarəngiz təbiəti,
tarixi abidələri,
xarıbülbül gülü,
söz-sənət adamları
və digər mövzuları qeyd edə bilərik. Yeni dirçələn Şuşa da bu əsərlərdə rənglərin dili ilə vəsf olunub. Hər bir rəssam sənət düşərgəsi
müddətində üç
əsər ərsəyə
gətirib...”.
E.Qafarlı dedi
ki, oktyabr ayında Heydər Əliyev Mərkəzində
TÜRKSOY-un 30 illiyinə
həsr edilən təntənəli tədbir
keçiriləcək. Həmin
tədbirdə bu əsərlər də sərgilənəcək. Rəsmlər
nümayiş olunduqdan
sonra kataloq şəklində nəşr
edilərək türk
respublikalarına paylanılacaq.
Lalə Azəri
Mədəniyyət.-
2023.- 22 sentyabr.- S.8.