Üzeyir Hacıbəylinin sevimli tələbəsi

 

 

Dünya şöhrətli bəstəkar, musiqişünas-alim, pedaqoq ictimai xadim Üzeyir Hacıbəyli böyük dramaturq, şair-mütəfəkkir Hüseyn Cavid ilə hələ gənclik illərindən tanış dost olmuşdular. Bu iki mütəfəkkir sənətkarı bir-birinə bağlayan möhkəm dostluq əqidə birliyi idi.

Cavid əfəndi ilə Üzeyir bəyin bacanağı, Azərbaycanın görkəmli maarif xadimi, repressiya qurbanlarından biri Pənah Qasımov qonşu olmuşlar. Onlar hazırda Hüseyn Cavidin Ev-Muzeyi yerləşən otaqlarda çox mehriban qonşu kimi yaşamışlar. Üzeyir bəy digər bacanağı, bəstəkar Müslüm Maqomayev tez-tez Pənah bəygilə gələrdilər. Belə görüşlərdə Cavid əfəndi iştirak edərdi. İşbirliyi, yaradıcılıq barədə söhbətləşərdilər.

Hüseyn Cavidin həyat yoldaşı Mişkinaz CavidCavidi xatırlarkənkitabında yazırdı: “Yadımdadır... 1936-cı ilin sentyabr ayının 27-də Pənah bəyin kiçik qızı Nigarın ad günü idi. Yenə dostlar ora toplaşmışdı. Söhbət zamanı Üzeyir bəy üzünü Cavidə tutub dedi:

Cavid əfəndi, özün bilirsən, “Koroğluüzərində işləyirəm. Yaman vuruşdayam. İnşallah, “Koroğlu”nu qurtarandan sonra ürəyimdə tutmuşam ki, səninŞeyx Sənan”ına opera yazım.

Cavid dedi:

 Üzeyir bəy, mən sənin qulluğunda həmişə hazıram. vaxt istəsən, “Şeyx Sənan”a libretto yazaram. Sonra Üzeyir bəy yarıkədərli bir halda dedi ki, özün bilirsən , mənimŞeyx Sənanoperamın librettosu o qədər xoşuma gəlmir. SəninŞeyx Sənan”ın mənim ürəyimcədir. Allah sənə , mənə cansağlığı versin. Yaxşı bir əsər yazarıq”.

30 aprel 1937-ci ildə Üzeyir HacıbəylininKoroğluoperasının premyerasında Hüseyn Cavid ailəsi ilə birlikdə iştirak etmişdir. Əsəri çox bəyənən Cavid əfəndi hədsiz sevinc içindəbu gün əsl xalq bayramı, əsl sənət bayramıdırdemiş, sonra isə dostunu şəxsən təbrik etmək üçün səhnə arxasına keçmişdir. “Koroğluoperası haqqında ilk resenziyalardan birini “Yeni yolqəzetinin 6 may 1937-ci il tarixli sayında Hüseyn Cavid yazmışdır.

***

Amma əfsus ki, “Şeyx Sənanoperası üzərində bərabər işləmək niyyəti bu sənətkarlara nəsib olmadı. Dəhşətli 37-ci il bütün arzulara son qoydu. Cavid əfəndi həbs olunanda oğlu Ərtoğrolun 18, qızı Turanın 14 yaşı vardı.

Belə bir ağır günlərdə Üzeyir bəy dostunun ailəsinə arxa durdu. Baxmayaraq ki, çox qorxulu, təhlükəli zaman idi. “Xalq düşmənləri”nin ailələrinə yaxın insanlar da təqib olunurdular. Hətta Üzeyir bəyin başı üzərində belə bir kabus dolanmaqda idi. Lakin bütün bunlara baxmayaraq, Ü.Hacıbəyli Cavidin ailəsinə daim mənəvi maddi dayaq oldu. Öz qayğısını, himayəsini onlardan əsirgəmədi.

Böyük dramaturqun istedadlı oğlu Ərtoğrol Cavid 1940-cı ildə Pedaqoji İnstitutu bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuşdur. O, 1941-1942-ci illərdə Üzeyir bəy Hacıbəylinin sinfində bəstəkarlıqdan dərs almış, özünü çox istedadlı bacarıqlı tələbə kimi göstərmiş, Üzeyir bəyin sevimlisinə çevrilmişdir.

Ərtoğrol Cavidin gələcəyinə Üzeyir bəyin çox böyük ümidi vardı. Qeyri-adi istedad sahibi olan Ə.Cavid həm Azərbaycan Dövlət Konservatoriyası yanındakı Musiqi Elmi-Tədqiqat Kabinetində çalışaraq xalq yaradıcılığı nümunələrinin toplanılması, folklorun nota salınması işi ilə məşğul olurdu.

Ərtoğrolu da repressiyaların zərbə dalğası qurban apardı. Konservatoriya tələbəsi olmasına baxmayaraq, onu əsgərliyə çağırdılar. “Xalq düşməni”nin oğlunu Gürcüstanda çox ağır tunel tikintisi işlərinə göndərdilər. Vərəmə tutuldu... Onun müəllimləri Üzeyir bəyə, Bülbülə, anasıyla bacısına tez qırılan 24 baharlıq həyatının son aylarında yolladığı məktublarında gerçəkləşməyəcək ümidlər çırpınır...

Ağır vərəm xəstəliyinə tutulan Ərtoğrol vəfatından altı ay əvvəl – 26 aprel 1943-cü ildə Tiflisdən kabinetin rəhbəri Bülbülə göndərdiyi məktubunda nikbinliklə yazırdı: “Mənim indiki planım Naxçıvana getməkdir. Orada hər şey var. Nənəmlə qonşu kəndlərə gedəcəm. Əgər səhhətim imkan versə, kabineti maraqlandıracaq materiallar toplayacam. Yanımda xeyli not yazı kağızı var”.

Təəssüf ki, gənc bəstəkar tədqiqatçı istədiyini həyata keçirə bilmədi. Əcəl macal vermədi, bütün arzuları yarımçıq qaldı.

Ə.Cavidin əsgərlikdən yazdığı məktubları oxuduqca onun qədər ağıllı, mərd, canıyanan, qayğıkeş olduğunu görməmək mümkün deyil. Yazdığı məktublarda Ərtoğrol yardım üçün yalnız əziz müəllimi Üzeyir bəyə müraciət edirdi. O, xeyirxah saydığı dahi bəstəkara bir neçə məktub göndərmişdir. Birinci məktub 25 fevral 1942-ci il tarixində yazılmışdır.

Hörmətli, Üzeyir bəy!

Əsgərliyə getməzdən əvvəl sizinlə görüşmək istədimsə , qismət olmadı.

Yeganə narahatçılığım anam bacımın acınacaqlı halıdır. Rica edirəm, keçdiyimiz səmimi dərs illəri ümidli gələcək xatirinə mümkün ola biləcək yardımınızı əsirgəməyin.

Anam uşaq bağçasında işləyə bilər. Bacım həm bağçada, həm maşiniskalıq, həm ibtidai məktəbdə dərs (matematika, dil) deyə bilər.

Lakin ən lazım məsələ çətin hallarda nəzarət etmək, ürək vermək, mənəvi yardımdır. Zənn edirəm, rədd etməzsiniz.

Hörmətlə, Ərtoğrol”.

İkinci məktubunda isə Ə.Cavid yazırdı:

Hörmətli, Üzeyir bəy!

İlk dayanacaq mənzilimiz Abxaziya dağları oldu. Hər tərəf qarlı dağlar, soyuq, ağır . Bakıdan çıxdığım gündən heç kimdən məktub almamışam, hətta ailəmizdən .

Yavaş-yavaş kimsəsizlik, ayrılıq, nigarançılıq duyğularım artır, səhhətim zəifləyir. Lakin olursa-olsun, mən səhhətimi saxlamalıyam.

Ən böyük əzab verən, məni rahat buraxmayan səbəb varsa, yalnız ailəmizdir. Mən çox yaxşı bilirəm ki, anam xəstədir, bəlkə o, yataqda yatır, bacım həyatı dərk eləməyə başlarkən ancaq sıxıntılıq, ağır yaşayış gördü. Mən öz oğulluq borcumu yerinə yetirə bilmədim.

Bəzən o dərəcədə bədbinləşirəm ki, yenidən görüşmək ümidi sönür, özümü ən bədbəxt bir fərd zənn edirəm. Ailəmizin rahat dolanmasına əmin ola bilsəydim, kədərim xeyli azalardı.

Hörmətlə, tələbəniz Ərtoğrol.

15.03.1942”.

Ürək ağrısı ilə oxuduğumuz bu məktubları Ə.Cavid hələ Tiflisə çatmamış, yolda olarkən qayğıkeş, xeyirxah müəlliminə yazırdı. Anasının, bacısının fikrini dərdini çəkən 23 yaşlı Ərtoğrol yeganə ümid yeri Ü.Hacıbəylidən kömək diləyirdi. Amma narahat oğul qardaş bilmirdi ki, peyğəmbər kimi insan olan Üzeyir bəy onsuz da Cavid əfəndinin ailəsi üçün lazımi, mümkün olanları edirdi. Onlara maddi mənəvi yardım göstərirdi. H.Cavid həbs olunduqdan sonra qohumlarının belə üz döndərdiyi Cavidlər ailəsi, başda Üzeyir bəy olmaqla, yalnız bir neçə nəfərdən munislik görürdü.

Üzeyir bəyin diqqət-nəzəri dostunun ailəsinin üzərindən heç zaman əskik olmurdu. Qorxmaz, cəsarətli insan olan bəstkar bu ailə ilə bağlı bütün məhdudiyyətləri mərdliklə dəf etməyi bacarırdı.

Cavid əfəndinin yadigarı Turan Cavidi Dövlət Radio Komitəsində ilk dəfə işə düzəldən məhz Üzeyir bəy olmuşdu. Bu barədə Turan xanım həmişə iftixarla danışardı. Turan Cavidin bununla bağlı başqa etiraflarını Azər TuranınCavid əfəndi...” kitabında oxuyuruq: “Məktubu (söhbət Ərtoğrol Cavidin yazdığı məktubdan gedir) Üzeyir bəyə verdim. Oxudu Radio Komitəsinə zəng vurdu. Kim idi Üzeyir bəyin bir sözünü iki edən. Məni işə götürdülər. Amma Üzeyir bəylə bağlı bir yanlışımı da söyləmək istəyirəm. Üzeyir bəy Ərtoğrolun məktubunu oxuyub Radio Komitəsinə zəng vurandan sonra həmin məktubu mənə qaytardı. Uzun illər Üzeyir bəyə həm şükrançı oldum, həm ürəyimdə bir qırıqlıq qaldı.

Düşünürdüm ki, Üzeyir bəy yəqin Ərtoğrolun məktubunu özündə saxlamaqdan qorxdu, çəkindi...

Amma çox-çox illər sonra Üzeyir bəyin arxivində Ərtoğrolun Gürcüstandan ona yazdığı məktubları görəndə təskinlik tapdım. Üzeyir bəy aldığı çoxlu məktubların içərisində Ərtoğrolun məktublarını ayrıca sevgi ilə qoruyub saxlamışdı. Bunu biləndən sonra Üzeyir bəylə bağlı keçirdiyim ikili duyğularıma nöqtə qoyuldu. Həm sevinirdim, həm Üzeyir bəy barədə yanlış düşündüyüm üçün onunla bağlı şübhələrimi uzun illər içimdə daşıdığıma görə özümü qınayırdım”.

Başqa cür ola da bilməzdi. Çünki Üzeyir bəy heç vaxt ikili həyat yaşamamışdı. Onun bir üzü bir sözü var idi. Hər zaman olduğu kimi görünmüşdü. Elə bu baxımdan da Cavidlər ailəsinə münasibəti daima birmənalı olmuşdu. H.Cavid kimi bir sənətkarı itirdiyi üçün həmişə qəlbi ağrımışdı. Amma bunu yaxınlarından başqa duyan, bilən olmamışdı. Cavidin ailəsinə isə köməyini heç zaman əsirgəməmişdi.

***

Daim Azərbaycanın, milli mədəniyyətimizin gələcəyini düşünən Üzeyir Hacıbəylinin Cavid əfəndinin istedadlı oğluna xüsusi rəğbəti vardı, ona ümidləri çox idi. Onun bəstələrinə baxanda fərəh hissi keçirirdi. Gələcəkdə böyük bəstəkar kimi şöhrət qazanacağına inanırdı. Ə.Cavid gənc yaşında xeyli musiqi əsərləri yazıb qoymuşdu. Üzeyir bəyin bəstəkarlıq sinfində təhsil alan Ərtoğrol ilk əsərlərindən birini – “Doqquz variasiya”sını sevimli müəlliminə həsr etmişdir. Bundan əlavə, onun Azərbaycan el havaları əsasında yazdığıÜç prelüd” (“Çal-oyna”, “Aşıqsayağı”, “Yallı”), iki uşaq miniatürü, anası Mişkinaz xanıma ithaf etdiyiNaxçıvan mənzərələriadlı iki musiqi lövhəsini (“Zəngəzur dağlarında”, “Batabat yaylaqlarında”), “Sonatina”, skripka fortepiano üçünPoema”, N.Rəfibəylinin şeirinə yazdığıEşq olsunmahnısı s. əsərləri göstərmək olar. Bunlar Ə.Cavidin yazıb tamamladığı əsərlərdir. Lakin onun yarımçıq qalmış əsərləri vardır. Məsələn, böyük simfonik orkestrin müşayiəti ilə lirik-dramatik tenor səsi üçün “Romans-kapriççio” (sözləri Nizaminin), “Şeyx Sənan”, “Məhsətioperaları, “Babəkin andısimfonik poeması bir sıra kamera-instrumental əsərləri tamamlanmamışdır.

Ə.Cavid hətta bəzi Avropa rus bəstəkarlarının əsərlərinin mətnlərini Azərbaycan dilinə tərcümə etmiş çox da uğurlu alınmışdır. Məsələn, ŞubertinArqançı”, KüininToxundum gülə”, CordanininEy sevgilim”, ŞopeninArzu”, MotsartınBeşik nəğməsi”, ŞtrausunBahar nəğməsi”, Rimski - KorsakovunSadkooperasındanHindli qonağın nəğməsi”, RaxmaninovunYasəmən”, Qreçaninovun “Layla” s. əsərlərinin bədii mətnini dilimizə ustalıqla çevirmişdir. Lakin təəssüflər olsun ki, bu əsərlərin nəşri zamanı tərcüməçi kimi Ə.Cavidin adı qeyd olunmamışdır. Xalq yazıçısı AnarBöyük sənətkarın sənətkar oğluməqaləsində bu barədə böyük bəstəkar Fikrət Əmirova istinadən yazır: “Görürsünüzmü, ədəbi mətn melodiyaya necə yaxşı uyğunlaşdırılıb, axı o, kamil ədəbi savada, biliyə malik idi. Neçə-neçə Avropa rus bəstəkarlarının romans mahnı mətnlərini dilimizə ekviritmik tərcümə etmişdir”.

Göründüyü kimi, Ə.Cavid yaşasaydı, qədər qiymətli əsərlər yazacaqdı. Amma  xalqımızın düşmənləri buna imkan vermədilər. Repressiyanın davamı olaraq H.Cavidin yeganə oğlunu da məhv etdilər...

 

Gülbəniz Babaxanlı

filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi

Mədəniyyət.- 2023.- 22 sentyabr.- S.6.