Azərbaycanın xalça motivləri Vyanada rəsm sərgisində
Vyanada Beynəlxalq
Mədəni Müxtəliflik
Təşkilatının (ICDO) təsis etdiyi “Mədəniyyətlərarası bağlılığın uzun
gecələri“ mədəniyyət
festivalı keçirilir.
Sentyabrın 24-dək davam edəcək festival çərçivəsində
Vyanada Yunus Əmrə İnstitutunda
“İqlim dəyişikliyi
və dayanıqlılıq”
mövzusunda rəsm sərgisi açılıb.
“Dayanıqlı müxtəliflik”
adlı sərgidə
20-dən artıq ölkədən
müxtəlif rəsm
əsərləri ilə
yanaşı, UNESCO-nun
mədəni irs siyahısına aid olan sənət nümunələri, instalyasiyalar
– 30-dan çox rəssamın
əsəri nümayiş
olunub.
İqlim dəyişikliyi,
dayanıqlılıq və
müxtəliflik arasındakı
əlaqəni vurğulayan
sərgidə Azərbaycan
nümayəndəsi Yeganə
Azadovanın xalça
motiv və elementlərinin əks olunduğu əsərləri
də yer alıb. Tablolarda xalçaçılıq Azərbaycan
xalqının milli və təbii resurslara söykənən
dayanıqlı əl
sənəti ənənəsi
kimi önə çəkilir.
Mədəniyyət.-
2023.- 22 sentyabr.- S.1.