Mədəniyyətimizin böyük hamisi

  İllərin xronikasından

 

 

 

Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərindəsovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamlarıHeydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1996-cı il 1 iyun

Prezident Heydər Əliyev Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə Respublika  uşaq musiqi festivalı qaliblərinin Azərbaycan Akademik Dövlət Opera Balet Teatrında keçirilən yekun konsertində nitq söyləyib.

Uşaqlar bizim gələcəyimizdir. Müstəqil Azərbaycan Respublikasının bu ağır, çətin keçid mərhələsində daim çalışırıq ki, uşaqlarla əlaqədar olan məsələləri tez yaxşı həyata keçirək. Məlumdur, biz bunların hamısına nail ola bilmirik. Səbəblərdən biri Azərbaycanın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmasıdır... Biz bu ağır günlərdən çıxacağıq. Qaçqınlarımız çadırlardan, ağır vəziyyətdə yaşadıqları yerlərdən çıxacaq, doğma torpaqlarına qayıdacaqlar. Dünyaya yeni övladlarımız, körpələr gələcək. Həyat davam edir, davam edəcək...

...Əsrlərdən-əsrlərə xalqımız istedadlar yetiribdir. Bu gün biz bu prosesin şahidiyik. Ölkəmiz qədər ağır vəziyyətdə yaşayırsa da, xalqımız öz mənəviyyatını, mədəniyyətini, musiqisini, rəqsini heç vaxt unutmayıbdır. Mədəniyyətimiz, incəsənətimiz, musiqimiz xalqımızı ən ağır dövrlərdə gələcəyə inam ruhunda yaşadıb bu gün yaşadır.

Mayın 10-da gənc istedadlarla ilk görüşümdə bəyan etdim bu gün bir daha təkrar edirəm: ölkəmizin gənc istedadları, istedadlı uşaqları bundan sonra Azərbaycan prezidentinin xüsusi qayğısı altında olacaqlar... İstedadı cəmiyyətə, xalqa göstərmək lazımdır, ona istedadını inkişaf etdirmək üçün kömək etmək, istedada yol açmaq lazımdır. Bu sahədə musiqi məktəbləri, respublikamızın mədəniyyət ocaqları, Mədəniyyət Nazirliyi, mədəniyyətlə məşğul olan təşkilatlarımız çox görürlər. Mən musiqi məktəblərinə, həmin məktəblərin kollektivlərinə bütün mədəniyyət işçilərinə, gənc istedadlara qayğı göstərənlərin hamısına təşəkkürümü bildirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bugünkü konsert gələcək böyük konsertlərə yol açır, Azərbaycanın hər bir guşəsində, şəhərində, kəndində istedadlara qayğı göstəriləcək, onlara yol açılacaq...”.

***

Oqonyokjurnalının (Rusiya) Azərbaycana həsr olunmuş xüsusi nömrəsinin Azərbaycan Tarix Muzeyində keçirilən təntənəli təqdimat mərasimində nitq söyləyib.

1996-cı il 22 iyun

Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqındafərman imzalayıb. Fərmana əsasən, gənc istedadlarınQızıl kitab”ı, gənc istedadlar üçün xüsusi təqaüd təsis edilib.

Bakı İncəsənət Gimnaziyasının şagirdi Surxay Əsgərovun konsertində olub.

1996-cı il 2 iyul

Almaniyaya rəsmi səfəri zamanı Bonn şəhərində AFR Prezidenti Roman Hersoq ilə birlikdə Azərbaycanın məşhur rəssamı Səttar Bəhlulzadənin əsərlərinin sərgisinə baxıb.

1996-cı il 10 iyul

Uluslararası qaynaqlarda Naxçıvanbeynəlxalq simpoziumunun iştirakçılarına müraciət göndərib. Müraciətdə dünyanın bir çox səyyah alimlərinin diqqətini cəlb etmiş Naxçıvan haqqında qaynaqlardakı məlumatların toplanıb tədqiq nəşr olunmasının Azərbaycan tarixi üçün əhəmiyyəti vurğulanıb.

1996-cı il 15 iyul

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyi münasibətilə Dərbənd şəhərində keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə Füzulinin yaradıcılığı ilə bağlı qardaş Dağıstan alimləri tərəfindən sanballı tədqiqat işlərinin aparılması təqdirlə qeyd olunub.

1996-cı il 22 iyul

Azərbaycan təsviri incəsənətinin inkişafında böyük xidmətlərinə görə Xalq rəssamı Maral RəhmanzadəninŞöhrətordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.

Xalq rəssamı Maral Rəhmanzadəyə 80 illiyi münasibətilə təbrik məktubu göndərib.

1996-cı il 3 avqust

Azərbaycan Dövlət İncəsənət Muzeyində Xalq rəssamı Maral Rəhmanzadənin yubiley sərgisinin açılış mərasimində çıxış edib.

“...Maral xanım öz sözünü rəsm əsərləri ilə deyir. Biri danışmaq, biri oxumaq-çalmaq, biri rəsm çəkmək ustasıdır. Bu da təbiidir. Yubileyiniz münasibətilə mən Sizə təbrik məktubu göndərmişəm. “Şöhrətordeni ilə təltif edilmisiniz. Bir daha qeyd edirəm ki, yaratdığınız əsərlər Azərbaycan təsviri sənətinin zənginləşməsində böyük rol oynayıbdır. Bu minnətdarlığın ifadəsi olaraq yubiley sərginizin açılışına gəlmişəm.

...Mən o qədər bilmirdim ki, Siz Naxçıvanın təbiətini belə gözəl əks etdirmisiniz... Naxçıvan elə bir yerdir ki, oraya gedib-qəlmək çətindir, ona görə bunları görən azdır. Xınalığı da çəkmisiniz. Bu da çox gözəldir. Azərbaycanın elə guşələri var ki, bunlar abidədir. Bir tərəfdən təbiət abidəsidir, ikinci tərəfdən insanların dağlar qoynunda yaratdıqları evlər, yaşayış yerləribunlar da abidədir... Təəssüf ki, çox şey xarab olur. Güman edirəm, biz bu dövrü keçib gedəcəyik, onlar da bərpa olunacaqdır... Yaxud Siz Lahıcın gözəlliyini göstərirsiniz. Lahıc özü Azərbaycanın bir abidəsidir... O şeyi ki, rəssam görür, adi adam bəlkə bunu dərk edə bilmir. Ona görə Sizin  yaradıcılığınızın bu xüsusiyyətini mən daha yüksək qiymətləndirirəm...”.

 

Hazırladı: Vüqar Orxan

(davamı var)

Mədəniyyət.- 2023.- 22 sentyabr.- S.5.