Türkiyəli rəssamın əsəri Naxçıvanda
“Xan sarayı” kompleksinə hədiyyə
olunub
Türkiyəli tanınmış rəssam,
ebru ustası Nilgün Ayşecik Çevikin Möminə xatın türbəsinə
həsr olunmuş əsəri “Xan sarayı” Dövlət Tarix-Memarlıq, Möminə
Xatın və Açıq Səma Altında Muzey Kompleksinə hədiyyə
edilib.
Bu münasibətlə
sentyabrın 21-də “Xan
sarayı” kompleksində
tədbir təşkil
olunub.
Naxçıvan MR Mədəniyyət Nazirliyi
Aparatının rəhbəri
Piri Nağıyev çıxış edərək
Ümummilli lider Heydər Əliyevin ölkəmizdə muzey sahəsinin inkişafına
diqqət və qayğısı haqqında
məlumat verib. Qeyd edilib ki,
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə
təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi
inkişafına dair
2023–2027-ci illər üçün
Dövlət Proqramı”nın icrası
ilə bağlı
NMR-in bəzi tarix-memarlıq abidələrinin,
eləcə də Möminə xatın türbəsinin UNESCO-nun Dünya İrs Siyahısına salınması
istiqamətində iş
aparılır.
Milli Məclisin
deputatı, NMR Rəssamlar
Birliyinin sədri Ülviyyə Həmzəyeva
deyib ki, müəllif əsəri
bu ilin mayında
keçirilmiş “Naxçıvan
– bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festivalı zamanı ərsəyə
gətirib.
Türkiyənin Naxçıvandakı baş
konsulu Asip Kaya Möminə xatın türbəsinin türkiyəli bir çox rəssam tərəfindən kətan
üzərinə köçürüldüyünü
deyib.
Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olublar.
Mədəniyyət.- 2023.- 27 sentyabr.- S.4.