Musiqi məktəbinin kollektivi Gürcüstanda konsertlər verib
Abşeron-Xızı
RMİ-nin tabeliyində
fəaliyyət göstərən
Abşeron rayon Xırdalan şəhər
onbirillik Musiqi məktəbinin kollektivi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Gürcüstana
səfər edib.
Azərbaycan Respublikasının Gürcüstandakı
Səfirliyi və Tbilisidəki M.F.Axundzadə
adına Azərbaycan Mədəniyyəti Muzeyinin
birgə təşkilatçılığı
ilə gerçəkləşən
səfər çərçivəsində
məktəbin kollektivi
Gürcüstanın müxtəlif
bölgələrində təşkil
olunan tədbirlərdə
rəngarəng konsert
proqramları ilə çıxış edib.
Ölkəmizin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev məktəbin kollektivinə təşəkkürünü bildirərək yeni yaradıcılıq uğurları arzulayıb.
Mədəniyyət.- 2023.- 27 sentyabr.- S.4.