BölgələrdəHeydər Əliyev İli” tədbirləri davam edir

 

Ağstafa Tarix-Diyarşünaslıq Muzeyi, 1 saylı Folklor klubu Hüseyn Arifin Ev-Muzeyinin birgə təşkilatçılığı iləHeydər Əliyev mədəniyyətmövzusunda tədbir keçirilib. Əvvəlcə Ulu öndərin xatirəsi ehtiramla yad edilib, sonra dahi siyasətçinin Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi diqqət qayğıdan söz açılıb.

Ağstafa rayon Heydər Əliyev MərkəzindəHeydər Əliyev neft strategiyasımövzusunda tədbir təşkil olunub. Tədbir iştirakçıları mərkəzin ekspozisiya zalında Ulu öndər Heydər Əliyevin həyat siyasi fəaliyyətinin müxtəlif dövrlərinə aid eksponatlarla tanış olublar. Çıxışlarda Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində yeni neft strategiyasının ölkəmizin inkişafına beynəlxalq miqyasda nüfuzunun artmasına töhfələrindən, 44 günlük Vətən müharibəsində qələbənin qazanılmasına təsirindən bəhs edilib.

***

Şirvan şəhər Heydər Əliyev Mərkəzi şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı iləƏsrin müqaviləsitarixi Zəfərimizə gedən yolun başlanğıcıdırmövzusunda konfrans keçirilib. Çıxışlarda qeyd olunub ki, Ümummilli lider 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft emalı sənayesində dərin keyfiyyət dəyişiklikləri baş verib. Bu dövrdən Azərbaycanın neft qaz sənayesinin inkişaf tarixində yeni mərhələ başlayıb. Bildirilib ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyasının zəfər təntənəsi bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilr.

 

***

Quba Soyqırımı Memorial Kompleksi Qusar rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixliAzərbaycanlıların soyqırımı haqqındafərmanının tarixi əhəmiyyətiadlı konfrans keçirilib. Çıxış edənlər Heydər Əliyevin Azərbaycanın inkişafında, ölkəmizlə bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətlərindən söz açıblar. Sonda tədbir iştirakçılarına soyqırımı həqiqətlərini özündə əks etdirən kitab bukletlər təqdim olunub.

***

Qəbələ rayon Heydər Əliyev Mərkəzi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı iləƏsrin müqaviləsiadlı tədbir keçirilib. Çıxışlarda mövzu ilə əlaqədar məruzələr dinlənilib, “Əsrin müqaviləsi” – tarixi Zəfərimizə gedən yolun başlanğıcımövzusunda videoçarx nümayiş etdirilib.

***

Samux rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlərƏsrin müqaviləsi”nin bağlanmasında Heydər Əliyevin rolundan, ölkənin iqtisadiyyatının dirçəldilməsi üçün atdığı qətiyyəti addımlardan, daha güclü ordunun qurulması, müdafiə sənayesinin inkişafı üçün görülən nəhəng işlərdən söz açıblar.

Goranboy rayon Mədəniyyət Mərkəzinin Balakürd, Qızılhacılı, Yeniyol Xanqərvənd kənd Mədəniyyət evlərinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Heydər Əliyevin Goranboy rayonunun mərkəzində ucaldılmış abidəsi ziyarət olunub. Goranboy rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ilk olaraq dahi liderin tarixi səfərlərini əks etdirən fotoşəkillər nümayiş etdirilib. Qeyd olunub ki, həm sovet dövründə, həm müstəqilliyin bərpasından sonra Ulu öndərin rəhbərliyi ilə görülən işlər yeni Azərbaycanın parlaq gələcəyini təmin edib.

***

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş əl işləri sərgi-müsabiqəsi başa çatıb. Sentyabrın 22-də Naxçıvan Dövlət Rəsm Qalereyasında müsabiqənin yekun tədbiri qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə çıxış edən NMR mədəniyyət nazirinin müavini Həsən Seyidov əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət mədəniyyət siyasətindən bəhs edib. Qeyd olunub ki, iki yaş qrupu üzrə keçirilən müsabiqədə 48 iştirakçının 68 əl işiƏn yaxşı toxuma”, “Ən yaxşı rəsmƏn yaxşı əl işinominasiyaları ilə qiymətləndirilib. Sonra qaliblər nazirliyin diplomu, nominasiyalar üzrə fərqlənən iştirakçılar isə fəxri fərmanla təltif ediliblər. Tədbirdə həmçinin Ümummilli liderin 100 illik yubileyi münasibətilə bu ilin aprel ayında keçirilmişFolklorumuzun söz yaddaşıadlı bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb. Sonda sərgiyə baxış olub.

 

 

Mədəniyyət.- 2023.- 27 sentyabr.- S.4.