“Xınalıq və
Köç yolu” qoruğuna mediatur
Sentyabrın 25-26-da Dövlət Turizm
Agentliyi tərəfindən
KİV nümayəndələrinin “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət
və Etnoqrafiya Qoruğuna tur təşkil
olunub.
Mediaturun
məqsədi bu ilin 18 sentyabr tarixində UNESCO-nun Dünya
İrs Siyahısına
daxil edilən Xınalıq və Köç yolu mədəni landşaftı
ilə media mənsublarını
tanış etmək,
bu ərazinin dünya irsi elan edilməsinin üstünlükləri
və turizm potensialına təsiri ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdan
ibarət olub.
Mediatur zamanı jurnalistlərə
dövlət başçısının
4 sentyabr tarixli sərəncamı ilə
yaradılmış qoruqda
həyata keçiriləcək
layihələr, Qubanın
Xınalıq kəndi
ərazisində aparılan
təmir və bərpa işləri barədə məlumat verilib.
Tur çərçivəsində artıq Xınalıq və Köç yolu ərazisinin təkcə xalqımızın
deyil, bütün bəşəriyyətin mədəni
irsi hesab olunduğu, bu ərazinin UNESCO-nun Dünya
İrs Siyahısına
salınmasının Azərbaycan
mədəni irsinin dünyada tanıdılmasına
kömək olacağı,
həmçinin dünyanın
mədəni turizm sahəsində ölkəmizin
mövqeyinin güclənməsinə
xidmət göstərəcəyi
qeyd edilib. Bu mühüm hadisənin öz növbəsində
ərazinin turizm potensialının reallaşdırılmasına
yardım edəcəyi,
köç yolunun keçdiyi kənd və qəsəbələrin
ərazisində turizm
sahəsində özünüməşğulluğun
inkişafına vəsilə
olacaq.
Qeyd olunub ki, UNESCO-nun qərarı
Xınalıq sakinlərinin
köçəri mədəniyyətinin
tanıdılmasına, o cümlədən
Köç yolu üzərindəki əsrlərlə
yaşı olan maddi və qeyri-maddi
mədəni irs nümunələrinin qorunmasına
mühüm töhfə
verəcək.
Bildirilib
ki, “Xınalıq və
Köç yolu” qoruğunun yaradılması
həm yaylaq, həm qışlaq, həm də mövsümi köç
yolunda ekoturizmin inkişafına xidmət edəcək, burada kempinq, haykinq kimi turizm məhsullarını
əhatə edən turizm sənayesinin inkişafına təkan olacaq.
Mədəniyyət.- 2023.- 27 sentyabr.-
S.4.