Bəstəkarlar İttifaqında kamera musiqisi axşamı

 

 

Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində kamera musiqisi konserti keçirildi.

Sentyabrın 22-də gerçəkləşən tədbiri sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı açaraq Azərbaycan Ordusunun Qarabağda uğurlu antiterror əməliyyatı barədə məlumat verdi. Dedi ki, dövlətimiz 24 saat müddətində öz məqsədinə çatıb, düşmən təslim olub. Uğur qələbələr bizimlə olsa da, itkilərimiz var. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Daha sonra kamera musiqilərindən ibarət proqram təqdim edildi.

Səid Qəninin fortepiano üçünAdajio”, İlahə Abdullayevanın tar fortepiano üçünMistika”, Tahir İbişovun “Gül surətə nəzərromansı, Tural Məmmədlinin violin fortepiano üçünTünd rənglərin palitrası”, İlham Azmanlının fortepiano üçünNovruz bayramı coşqusu”, Vüqar MəmmədzadəninAyüzlü nigarımromansı Pikə Talıblınınİstiqlal triosuəsərləri səsləndirildi.

Çıxışlar alqışlarla qarşılandı.

 

Savalan

Mədəniyyət.- 2023.- 27 sentyabr.- S.3.