Keçmişimə nəzər salanda fəxr edirəm ki, maraqlı həyat yaşamışam

 

Tanınmış kino xadimi Əsəd Əsədov dünyasını dəyişib

 

 

Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü, tanınmış kino xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Əsəd Əsədov sentyabrın 23-də, 76 yaşında dünyasını dəyişib.

Əsəd Fərrux oğlu Əsədov 1947-ci il martın 1-də Bakıda anadan olub. 1970-ci ildə Leninqrad (Sankt-Peterburq) Kino Mühəndisləri İnstitutunu bitirib. 100-dən çox bədii sənədli filmin, “Mozalankinojurnalı süjetlərinin səs rejissorudur.

İlk çalışdığı bədii ekran əsəri rejissor Tofiq İsmayılovun yazıçı İlyas ƏfəndiyevinKörpüsalanlarromanı əsasında ekranlaşdırdığıÇarvadarların izi ilə” (1974) filmi olub.

Rejissor Vaqif MustafayevinYaramazfilmindəki (1988) işinə görə (səs operatoru) yaradıcı heyətlə birlikdə respublikanın Dövlət mükafatı ilə təltif olunub.

Əsəd Əsədov Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildəƏməkdar mədəniyyət işçisifəxri adına, 2023-cü ilin may ayında isə Prezidentin fərdi təqaüdünə layiq görülmüşdü.

***

 

Sənətkar 2022-ci ildə 75 yaşı ərəfəsindəMədəniyyətqəzetinə müsahibəsində kinoya gəlişindən, keçdiyi sənət yolundan söhbət açmışdı.

“...Niyə məhz səs rejissoru peşəsini seçdim? Niyəsini heç özüm bilmirəm. 1965-ci ildə sənəd vermək üçün Neft Kimya İnstitutuna gəldim. Orda Leninqrad Kino Mühəndisləri İnstitutu üçün sənəd qəbulu da var idi. Respublika üzrə üç nəfər həmin instituta qəbul ola bilərdi. Sözün düzü, institutun adı xoşuma gəldi. Ərizə yazdım, imtahanlarımı verib qəbul olundum...

Səs rejissorluğu filmdə olduqca vacib sahədir. Bu sahənin özünəməxsus maraqlı tərəfləri var. Montaj prosesi bitdikdən sonra filmin səsləndirilməsi başlayır. Filmdə çəkilən aktyorların səsini hansı aktyorun səsləndirəcəyini ölçüb-biçirik, qərar veririk.  Kinoda birinci adam filmin quruluşçu rejissorudur. Mən həmişə rejissorlarla fikir mübadiləsi aparmışam, istəkləri ilə qarşılıqlı anlaşmamız olub. Filmlərdə təkcə səs yox, operator, montaj işi, ümumiyyətlə, hamısı önəmlidir. Səsləndirmə prosesi ən axırda gedir. Həmişə çalışmışıq ki, filmdə səslənən həm musiqi, həm kənar səslər, həm aktyorların səsi maraqlı olsun. Bunun üçün çalışqanlıqla yanaşı, böyük səbir tələb olunur.

...İndi filmlərin sonunda səs rejissoru yazırlar, amma əvvəllər səs operatoru yazırdılar. Bir çox filmlərdə adım səs operatoru kimi gedib, buna da öyrəşmişəm. İşə gələndə isə, mənim üçün bunların heç bir fərqi yoxdur.

...Həyatım yaradıcılığım həmişə bir-biri ilə bağlı olub. İndi, övladlarımla, nəvələrimlə nəfəs alıram. Keçmişimə nəzər salanda fəxr edirəm ki, belə maraqlı, işgüzar həyat yaşamışam. 75 yaşa çatmışam, amma bilmirəm buna sevinim, yoxsa kədərlənim. Çünki 75 yaş sona yaxın bir həyatdır...”.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2023.- 27 sentyabr.- S.5.